reklam
Regionxeberlericom.az » Sosial » Gəncə təhsil sistemi NƏDƏN ÇÖKÜR? - GİLEY

reklam

Gəncə təhsil sistemi NƏDƏN ÇÖKÜR? - GİLEY


Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu ölkə rəhbərliyinə sayca 30-cu müraciətini ünvanlayıb. Müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident! Yazıb sizə məlum edirəm ki, bütün Azərbaycan ictimaiyyətinə məlumdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyində baş vermiş qanunsuzluqlar, özbaşınalıqlar, və rüşvətxorluq, korrupsiya məsələləri barədə sizə ünvanladığım 29 müraciətin heç birinə cavab verilməmişdir. Prezident Aparatında başda Süleyman İsmayılov olmaqla digər səlahiyyətli işçilər öz şəxsi mənafeləri üçün bütün müraciətləri baxılması üçün Təhsil Nazirliyinin özünə göndərirlər. Daha başa düşmürlər ki, siz bu hərəkətləriniz ilə birbaşa ölkə prezidentini aldadırsınız. Bununla da gündəmdə olan ən vacib, ən aktual məsələləri prezidentdən gizlədirsiniz. Elə buna görə də Emin Əmrullayev arxayınlıqla təhsildə nə bilir onu da edir. Məsələn mən Emin Əmrullayevə sual verərdim. Əgər sən “nazir” kimi yerindəsənsə, SOROS-a xidmət edən, içində vətən sevgisi olmayan yəni vətən borcunu yerinə yetirməyən, xəstəlik vərəqəsi əsasında əsgəri xidmətdən yayınan ən başlıcası kənd təsərrüfatı mütəxəssisi olan, psixoloji durumunda problem olan, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevi və eyni qaydada onun əlaltısı işlədiyi kollektivdə heç bir hörmət və nüfuzu olmayan məktəb direktoru kimi məntəqə seçki komissiyasına hansısa maraqlar ucbatından sədirlik etməyən, yeri gələndə Anar Qədiməliyevə ideya verən Bəhram İmranovu nə üçün bu günə qədər işdə saxlayıb onlardan təhsilin canını qurtarmısan ? Nəyi gözləyirsən? Gözləyirsən ki, il yarım müddətində çökdürmüş olduğu təhsili daha da xaraba qoysunlar? İstəyirsən ki, Gəncə təhsilində partlayış olsun? Emin Əmrullayev sən Təhsil Nazirliyinin qaydalarına görə özün yazırsan ki, 65 yaşı tamam olmuş məktəb direktorlarını işdə saxlamaq üçün Təhsil İdarəsinin təqdimatı və ərazi Maliyyə mərkəzinin rəyi lazımdır. Əgər elədirsə, 8 saylı Ərazi Maliyyə İdarəsinin rəisi mənə analoqu olmayan, yüksək səviyyədə rəy verib. Amma sən bizimlə telefon danışığında bildirirsən ki, Maliyyənin verdiyi rəy məndən ötəri əsassızdır və bildirirsən ki, Gəncə Təhsilinin müdiri Anar Qədiməliyev sizinlə işləmək istəmir. Bəs onda “nazir” kimi soruşmursan ki, Anar Qədiməliyev niyə İlham müəllim və Valeh müəllim ilə işləmək istəmirsən, ancaq Bəhram müəllimlə işləmək istəyirsən? Ay hörmətli “nazir” əlbəttə ki, SOROS bizi istəyə bilməz. SOROS bizim düşmənimizdir. Bu sözləri mən yox, fevral ayının 2-də gənclərlə görüşündə cənab prezident özü dedi. Sən bu sözləri eşitmədin?. İndi sən görmürsən ki, Gəncə təhsilində hansı çirkin oyunlar gedir? Məktəb direktorlarının işə qəbulunda az bal toplayanlar Anar Qədiməliyevin, nazirlikdə Orxan Abbasovun, Eşqi Bağırovun əli ilə direktor təyin olunurlar. Çox bal toplayanlar kənarda qalırlar. Bu minvalla 31 nömrəli məktəbdə Gülnara müəllimə, 3 nömrəli məktəbdə Türkan müəllimə, 27 nömrəli məktəbdə Şahin müəllim, 30 nömrəli məktəbdə Elnurə müəllimə, 28 nömrəli məktəbdə Ceyhun müəllim və s. Bundan başqa görün Nazirlikdə nə qədər

biabırçılıqdır ki, nazirliyin rəsmi nümayəndəsi Rəşad Musayev telefonda mənə deyir ki, “Biz 11-ci sinfin nəticələrini nəzərə almırıq. Ona görə ki, hamı bilir ki, 11-ci sinif şagirdləri məktəbə getmir, hazırlıqlara gedirlər.” Əgər məktəblərdə şagirdlər dərslərdən yayınıb, hazırlıqlara gedirlərsə onda bu məktəblər kimə lazımdı? Emin Əmrullayev sənin bunlardan xəbərin yoxdur? Sən hər şeyi yaxşı bilirsən. Çünki, bu gün təhsil bir qrup qeyri-ixtisaslı uşaqların əlində qalıb. Bu baxımdan Eşqi Bağırov, Orxan Abbasov, Muxtar Məmmədov təhsildən xəbəri olmayan adamlardır. Əlbəttə ki, mən və Valeh müəllim kimi təcrübəli pedaqoqların qalıb işləməsi bunlara xeyir etmir. Odur ki, yerimizi də satıbsınız. Emin Əmrullayev məni bir Əməkdar müəllim kimi qəbul et, sənə təhsilin bu günkü acınacaqlı vəziyyətini Anar Qədiməliyevin,Orxan Abbasovun, Eşqi Bağırovun, 52-min oyundan çıxdıqlarını faktlarla sübut edim. Adama sual verərlər, Anar Qədiməliyevin, Orxan Abbasovun nəyinə aşiq olub işdə saxlayırsan? Bəhram İmranovu hansı müsbət keyfiyyətlərinə görə onunla 5-ci dəfə müqavilə bağlayırsan? Xeyir ola? Təkcə onu demək kifayətdir ki, metodist müəllim Gülzarə Şükürova ona olan haqsızlıqdan hər yerə yazıb. Amma şikayətinə baxan yoxdur. Çünki, maraq yoxdur. Sonda bircə onu deyirəm ki, yuxudan ayılın. Həzrət Abbas haqqı gec-tez prezident bu çirkin əməllərinizdən xəbər tutub sizi ciddi cəzalandıracaqdır. Yazıqsınız. Ən əsas təhsilimizin gələcəyi naminə Allahdan qorxub çəkinin. Bir yolunuz var ya 65 yaşını keçən yəni 75-85 yaşlı Respublikada işdə saxlanılan 500-ə yaxın məktəb direktorlarını da işdən çıxartmalısınız, müqavilələrinə təcili xitam verməlisiniz. Ya da Valeh müəllimlə və mənimlə yenidən müqavilə bağlamalısınız. Bir sözlə fikirləşin və ağıllı olun.

Cənab Prezident sizdən isə bir daha xahiş edirəm ki, ölkədə bərbad günə düşən, pis vəziyyətdə təhsilin keyfiyyətini düzəltmək üçün bütövlükdə Təhsil Nazirliyinə qələm çəkmək lazımdır. Bu bütün Azərbaycan xalqının ürəyincə olacaqdır".





Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər