reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanın milli faciəsi: Saleh Məmmədov - FAKT BUDUR!

reklam

Azərbaycanın milli faciəsi: Saleh Məmmədov - FAKT BUDUR!


“2-3 gün əvvəl Bakı-Quba yolunda baş verən faciə mənim özümə də pis təsir edib. Mətbuat işçiləri gündəlik avtomobil yollarında faciələri hesablayıb nəzərə alsalar, görərlər ki, bu da həmin faciələrdən biridir, milli faciə deyil”. Bu sözləri Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. Bu yerdə deyirlər ki, "adamın üzrü qəbahətindən böyük". Yəni mədəni formada deyir ki, “ölüblər ölüblər də, ölənlərdən artıq deyillər ki”…

Saleh Məmmədov AAYDA-nın yolları vaxtı vaxtında əsaslı təmir edə bilməməsindən deyil, bir ailə faciəsinə məhz belə bir ifadə işlədib. “Milli faciə deyil” cümlədəki pafosa fikir verin. Sonra da Saleh Məmmədov jurnalistlərədn xahiş edib ki, gedib o yola baxsınlar. Dediyinə görə, yol 2008-ci ildə rekonstruksiya edilib. Və mütəmadi olaraq təmir işləri aparılır. Təmir işləri dedikdə yəqin ki, Saleh Məmmədov “yamaqlama” demək istəyib. Çünki həmin ərazidə yollara fikir versəniz, görərsiniz ki, yolun dağılmış hissəsinə gətirib "bir ovuc" asfalt töküb gediblər ki, bu yamaqlar da elə qəzaya səbəb ola bilər. Görünən odur ki, S.Məmmədov baş verən qəzanın məsuliyyətini öz üzərindən atmaq istəyir. Amma bir məsəl var deyirlər ki, “görünən kəndə bələdçi lazım deyil”. Bakı-Rusiya Federasiyası yolunda olan eybəcərliklər isə, illərdir ki, görünür. Sadəcə olaraq nə məsələdirsə, düzəlmir ki düzəlmir.

Keçirilən press-konfransda da, qurumun rəhbəri “gördükləri” işlərdən danışıb, görməli olduqları ancaq görmədikləri işlərə heç toxunmayıb da.

Uzağa getməyək, elə Sabunçu rayonun Zabrat qəsəbəsini götürək. Yağıntı düşən kimi, qəsəbə daxili yollarda hərəkət etmək üçün qayıq axtarmalı olursan.

Və yaxud Binə qəsəbəsibdən danışaq. Kənd içi yollarda hərəkət etməyə adam min can istəyir ki, mənzil başına çata…

Xırdalan, Pirşağı, Binəqədi və s. və ilaxır. Bu siyahını o qədər artırmaq olar ki..

Tikintisi yarımçıq qalan piyada keçidləri, təmtəraqlı şəkildə tikilən lakin istifaəsinə ehtiyac olmayan keçidlər, ehtiyac olduğu halda tikilməyən keçidlər və s. və ilaxır..

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu il yolun təmiri nəzərdə tutulub və aparılır: “Yolun Bakıdan Sumqayıta qədər olan 30 km hissə təmir edilib. Sumqayıtdan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissə 16 km əsaslı şəkildə yenidən qurulur. Təbii ki, Rusiya Sərhəddinə doğru yeni yol istifadəyə verildikdən sonra oradakı halhazırda olan intensivlik azalacaq. Böyük əksəriyyəti yeni yola yönəldikdən sonra o yolun da təmir işləri hissə-hissə həyata keçiriləcək”.

S.Məmmədovunqəza ilə verdiyi bugünkü açıqlamasında gəldikdə isə A.Nəcəfli bildirib ki, yollarda və başqa ərazilərdə mütəmadi ölüm halları qeydə alınır. Bu da təəssüflər olsun ki, həmin hadisələrdən biri və sonuncusu deyil.

Saleh Məmmədov cənabları, düzdür, o ailənin ölümü milli faciə deyil. Heç kim də bunu milli faciəyə çevirmir. Yazılanları diqqətlə oxusanız görərsiniz ki, sizdən həmin yolun təmir edilməsi tələb edilir, başqa heç nə…

Bu etiraz, bu açıqlama kimə və ya nəyə lazım idi ki?

Xatırladaq ki, fevralın 17-də Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

DYP-nin rəsmi məlumatına görə, qəza yolun nahamar olmasına görə baş verib.

İlahin, Bizimyol.info




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 15:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər