reklam
Regionxeberlericom.az » Sosial » "Azərbaycan Quşçular Cəmiyyəti”nin adı dəyişdirilib - YENİ SƏDR SEÇİLİB

reklam

"Azərbaycan Quşçular Cəmiyyəti”nin adı dəyişdirilib - YENİ SƏDR SEÇİLİB


“Azərbaycan Quşçular Cəmiyyəti” İctimai Birliyinin adı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”na dəyişdirilib. regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi və Cəmiyyətə üzv müəssisələrin nümayəndələrinin birgə keçirdiyi görüşdə qərar qəbul edilib.

Görüşdə həmçinin səsvermə ilə Mürvət Həsənli İctimai Birliyə yeni sədr seçilib. O, bu vəzifədə təxminən 3 ay əvvəl vəfat etmiş Aydın Vəliyevi əvəz edib.

Bundan başqa, görüş iştirakçıları Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyətini formalaşdırıb, quruma yeni üzvlər seçib, İctimai Birliyinin nizamnaməsinə dəyişiklikləri təsdiq edib.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov quşçuluğun daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Şöbə müdiri quşçuluq şirkətlərinin idxal olunan yem və yem əlavələrinin ƏDV-dən azad olunması ilə bağlı təkliflərinin ümumiləşdirilərək Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri tərəfindən hökumətə təqdim edildiyini vurğulayıb.

İctimai Birliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər