reklam
Regionxeberlericom.az » Sosial » 9-10 manat artan pensiyalar: Ahıllar necə dolansın? - HƏQİQƏTƏN DƏ...

reklam

9-10 manat artan pensiyalar: Ahıllar necə dolansın? - HƏQİQƏTƏN DƏ...


2022-ci ildə əmək pensiyaları 9-10-11 manat artırıldı. Lakin bu artım əhalini razı salmayıb. Yenisabah.az-a açıqlama iqtisadçı Elmir Səfərli artan pensiyaların həcminin real inflyasiya ilə başabaş olacağını bildirib:

“Yanvarın 1-dən etibarən vəzifə maaşlarında ortalama olaraq 20-40% artım həyata keçirilib. Eyni zamanda, bu il üçün pensiyaların ümumi həcmində artımlar pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. Bir də pensiyaçılara 200 manat birdəfəlik müavinət ödəniləcək. Bu il üçün yaşayış minimumu isə ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Bu rəqəm, əslində, ölkə səviyyəsində reallaşan inflyasiya həddinə təxminən bərabərdir. Rəsmi statistik rəqəmlərə baxsaq, keçən illə müqayisədə ortalama olaraq ərzaq qiymətlərində 7-15% bahalaşma olub. Lakin real bazar qiymətləri onu göstərir ki, bir çox məhsullarda və xidmətlərdə real bahalaşma faizi 20-35 % arasındadır.

Nəzərə alsaq ki, əhalinin böyük əksəriyyəti qazancın təxminən 45-50%-ini aylıq ərzaq xərclərinə ödəyir, bu halda artan pensiyaların həcmi real inflyasiya ilə başabaş olacaq. Ümumiyyətlə, yaşayış minimumunu hesablayarkən və təqaüdlərin, maaşların artım faizini tətbiq edərkən, ehtiyac meyarı, eyni zamanda, inflyasiya həddi nəzərə alınmalıdır. Çünki ölkə qanunvericiliyinə görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin toplumuna görə qiymətləndirilməlidir. Bura gündəlik dolanışıq üçün ehtiyac duyulan ərzaq məhsullarının, eləcə də, fərdi və ailəvi formada istifadə edilən qeyri-ərzaq məhsullarının və xidmətlərinin qiyməti daxildir. Ona görə də, yaşayış minimumunu formalaşdırarkən, ölkədəki iqtisadi prosesləri, makroiqtisadi göstəriciləri, xüsusən, inflyasiya və istehlak səbəti indeksi xüsusi diqqətdə saxlanılmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
23-02-2022, 12:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər