reklam
Regionxeberlericom.az » Sosial » "İngiltərə səfirliyinin nümayəndəsi məni maşınla vurub ayağımı sındırıb" - NARAZILIQ!

reklam

"İngiltərə səfirliyinin nümayəndəsi məni maşınla vurub ayağımı sındırıb" - NARAZILIQ!

“Düz 17 gündür İngiltərə səfirliyinin nümayəndəsi məni maşınla vurub ayağımı sındırıb. Mənə dedilər ki, əlaqə saxlayıb problemimlə maraqlanacaqlar. Amma o gündən onlardan xəbər yoxdur”. Bu şikayətlə “Qafqazinfo”ya kuryer şirkətlərindən birinin əməkdaşı Elsevər Xanməmmədov müraciət edib. Vətəndaş bildirib ki, hadisə fevralın 11-i günorta saatlarında Səməd Vurğun və Lev Tolstoy küçəsinin kəsişməsində baş verib: ““Mitsubishi” markalı 005 D004 nömrəli avtomobil idi. Mən həmin vaxt motosikletlə idim. Özüm kuryer işləyirəm. Elə həmin vaxt da iş başında idim. Məni maşınla vurub xeyli xənara atdı. Maşını idarə edən qadın idi. Elə həmin vaxt maşından düşüb mənim yerdə olduğumu gördü. Daha sonra təcili tibbi yardım maşını gəldi və xəstəxanaya aparıldım. Hadisə yerində yoldan keçən bir xanımla həmin qadın söhbət edəndə gördüm ki, ingilis dilində danışırlar. Onda başa düşdüm ki, xarici vətəndaşdır. Sonra da İngiltərə səfirliyinin nümayəndəsi olduğu deyildi. Mənim əlaqə nömrəmi götürdülər ki, guya zəng edəcəklər”.

Elsevər Xanməmmədovun sözlərinə görə, daha sonra özü həmin qadının tərcüməçisi ilə də əlaqə saxlayıb: “Mən ayın 16-sı zəng etdim Aysel xanıma. O da mənə dedi ki, “sabah sizə zəng edəcəyik”. Amma səhəri gün gördüm ki, telefon nömrəmi bloka atıblar. Daha sonra səfirliyin özünə zəng etdim. Ordan da Rasim adlı şəxslə danışdım. Bildirdi ki, hələ istintaq gedir və nə qədər sürəcəyi məlum deyil.




Nəsimi Rayon Polis Şöbəsinə izahatımı yazıb vermişəm. Şikayətçi olduğumu da bildirmişəm. Polisdən də mənə deyirlər ki, hələ istintaq aparılır. Videogörüntüləri də ala bilmirəm. İşləyə bilmədiyimə görə pulum yoxdur. Gips də ayağıma düzgün qoyulmadığı üçün məni incidir. Ayağımın ağrısından gecəni yata bilmirəm. Xəstəxanalar pul istəyir, bunlar da yaxın gəlmir. Bir dəfə də olsa qapıya gəlməyiblər”.

Məsələ ilə bağlı adıçəkilən Rasim Quliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya bildirib ki, həmin sürücü xanımın nümayəndəsidir: “Xanım mənə onu dövlət qurumlarında və üçüncü şəxslərin qarşısında təmsil etmək hüququ ilə bağlı vəkalətnamə verib. Şəxsən mən özüm üç dəfə Elsevər bəylə telefonda danışmışam və vəziyyəti ona izah etmişəm. Hər şeyin öz qayda-qanunu var. İndi avtotexniki ekspertiza təyin olunmalıdır və günahın kimdə olub-olmadığı müəyyən edilməlidir. Hazırda tibbi ekspertiza təyin olunub və araşdırma aparılır. Hələ cinayət işi açılmayıb. Biz bu məsələyə heç bir müdaxilə edə bilmərik. İndi sizə niyə müraciət edib bilmirəm. Axı biz onunla danışmışıq”.




Paylaş:


Müəllif : Tarix:
1-03-2022, 09:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər