reklam
Regionxeberlericom.az » Sosial » "PAŞA Bank" Rusiya banklarına edilən bütün - ƏMƏLİYYATLARI DAYANDIRDI

reklam

"PAŞA Bank" Rusiya banklarına edilən bütün - ƏMƏLİYYATLARI DAYANDIRDI


Rusiyanın Ukraynaya hücumu və onun cavabında Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində rublun məzənnəsi kəskin azalıb.

regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, məzənnənin aşağı düşməsi özünü Azərbaycanda Mərkəzi Bankın rəsmi məzənnələrində də göstərib. Rubl manat qarşısında 21% ucuzlaşıb və hazırda 1000 rubl 15,7 manatdır (fevralın 25-də 22 manat idi).

Lakin yaranmış vəziyyətlə əlaqədar "PAŞA Bank" rublla əməliyyatları məhdudlaşdırıb.

"Paşa Bank"dan FED.az-a bildirilib ki, maliyyə bazarlarında Rusiya rublu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq PAŞA Bankın "İnternet Bank" xidmətində Rusiya rublu ilə həyata keçirilən mübadilə (nağd, nağdsız) əməliyyatlarının aparılması müvəqqəti olaraq məhdudlaşdırılıb.




Paylaş:


Müəllif : Tarix:
1-03-2022, 13:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər