reklam
Regionxeberlericom.az » Sosial » "Baku Electronics"dən daha bir ŞİKAYƏT: "Müştəriləri aldadırlar"

reklam

"Baku Electronics"dən daha bir ŞİKAYƏT: "Müştəriləri aldadırlar"

““Baku Elektronics” müştəriləri aldadır”.

Bu sözləri özünün “Facebook” hesabında şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yazıb. Onun fikrincə, “Baku Electronics”dən məhsul alanda iki dəfə düşünmək lazımdır, çünki müştərilər aldadılır:

“Dayımoğlu övladlarını məktəbdə və yolda nəzarətdə saxlamaq üçün "Canyon" markalı uşaq üçün 2 ədəd naviqasiyalı saat alıb. Ödənişləri edib və bir aydan sonra saatlar bloklanıb. Sonradan məlum olub  ki, “Baku Electronics” IMEI kodunu açdırmadan saatları satırmış və satış zamanı müştəriyə bu barədə məlumat vermir”.

Onun sözlərinə görə, həmin mağaza problemi həll etmir: 

“İki aydır get-gələ salıblar, bu gün açılacaq, sabah açılacaq deyirlər, vaxt uzadırlar. Amma problemi həll etmirlər. İMEİ kodunu açdırmaq üçün müştəri hər saat üçün 40 manat da əlavə ödəməlidir”.






Paylaş:


Müəllif : Tarix:
1-03-2022, 15:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər