BELƏSİ DƏ VAR: Ukraynanı faşist dövləti adlandıran Araz Əlizadə SƏRSƏMLƏYİR - “Rusiyaya qarşı sanksiyalar Avropanı da bədbəxt edəcək”
“Haqsız Ukraynadakı faşistlərdir” açıqlaması ilə bir çox insanların qınaq obyektinə çevrilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu fikirləri niyə söylədiyinə aydınlıq gətirib. Araz Əlizadə KONKRET.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsahibə verib:
“Haqsız Ukraynadakı faşistlərdir” ifadəsinin arxasında hansı fikirlər dayanır?
– Ukraynada doğurdan da hakimiyyətdə faşistlərdir. Bu adamlar Ukrayna xalqına zülm edirlər. Ona görə də, hakimiyyətdən getməlidirlər. Bir ölkədə məhşər küçə yürüşləri baş verirsə, Şuxeviç milli qəhrəman elan olunursa, orduda faşist salamıdırsa, o ölkəni faşist adlandırmamaq mümkün deyil. Ukraynada bu cür sistem mövcuddur.
Rusiya-Ukrayna müharibəsi necə sonlanacaq?
– Rusiya bu müharibədə qalib gələcək. Ola bilər ki, Rusiyanın bitərəf statusda qalması ilə bağlı saziş də imzalansın. Moskvanın məqsədi Ukraynanı işğal etmək deyil, Kiyevin bitərəf qalmasına nail olmaqdır. Nəzərə alaq ki, Ukraynanın NATO-ya daxil olması haqda qərarı xalq deyil, Ali Rada verir. Ümumxalq referendumunda bu məsələ müzakirə olunmalı idi.
Qərbin hazırkı vəziyyətlə bağlı mövqeyini necə dəyərləndirirsiniz?
– Qərb bu məsələdə şirnikləndirici rol oynadı. Çünki onlara Rusiyanın Ukraynaya zərbə endirməyi lazım idi. Bundan onlar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhrələndilər. Amma Sanksiyalar Rusiyaya qarşı yox Avropaya qarşı yönəlib. Avropa inkişaf edirdi və iqtisadi cəhətdən ABŞ-la mübarizə aparırdı. Sanksiyalar qəbul olunandan sonra Avropa iqtisadi cəhətdən böyük zərbə görəcək. ABŞ isə təkbaşına Qərb dövlətlərinin lideri olacaq. Təkcə Çin qalır. ABŞ isə hələ Çinlə mübarizəyə hazır deyil. Ümumilikdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropanı da bədbəxt edəcək.
Sanksiyalar Rusiyanı çökdürə bilərmi?
– Sanksiyalar Rusiyanı çökdürməyəcək. Çünki Rusiyanın həm təbii, həm də maddi sərvətləri mövcuddur. Odur ki, Rusiya sanksiyalardan baş çıxaracaq.
Sizi Rusiyapərəst adlandıranlara nə demək istəyirsiniz?
– Mən obyektiv fikir yürüdürəm. Kimsə “palaza bürün, elnən sürün” deyirsə, mənim belə bir fikrim yoxdur. Mən öz fikrimdə qalacam, “Ağa ağ, qaraya isə qara” deyəcəm. Rusiya haqsız olanda bunu deyirəm, əks halda isə fikrimi bildirirəm. Rusiyanın müharibə etməklə haqlı iş gördüyünü demirəm. Ancaq rəsmi Moskvanı çıxılmaz vəziyyətə saldılar.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-03-2022, 18:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər