reklam
Regionxeberlericom.az » Sosial » Həm "Müharibə veteranı", həm də əlillik müavinəti almaq olarmı? - Nazirlikdən açıqlama

reklam

Həm "Müharibə veteranı", həm də əlillik müavinəti almaq olarmı? - Nazirlikdən açıqlama


















Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) “Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırıb. Bu barədə həm SMS bildiriş sistemi, həm də Nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq imkanları yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, 142-Çağrı Mərkəzinə və Nazirliyin sosial şəbəkə səhifələrinə çoxsaylı sorğular gəlir. O, ən çox verilən sualları və cavablarını açıqlayıb.

Nazirliyin rəsmisi qeyd edib ki, müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir: "SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir".

“Müharibə veteranı” adı verilməsini və təqaüd təyin olunmasının hansı qurumlar tərəfindən həyata keçirilməsinə gəlincə, F.Talıbov deyib: “Müharibə veteranı” statusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən Müharibəsində iştirak etmiş şəxslərə onların qulluq keçdiyi, işlədikləri qurum tərəfindən verilir. Həmin qurumlar Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verdikləri şəxslərə dair məlumatları “Zəfər” altsisteminə daxil edir. Bəzi qurumlar bu məlumatları kağız daşıyıcılarda təqdim edir. Yekun mərhələdə isə Nazirlik həmin şəxslərə aylıq təqaüdü təyin edir".

ƏƏSM-in şöbə müdiri əlavə edib ki, müharibə veteranı kimi təqaüd almaq üçün sənəd təqdim olunmasına ehtiyac yoxdur: "Şəxsə qulluq keçdiyi, işlədiyi dövlət orqanı əgər “Müharibə veteranı” adı veribsə, həmin şəxsin hansısa quruma müraciət etməsinə, sənəd təqdim eləməsinə ehtiyac yoxdur. Ona avtomatik, proaktiv qaydada təqaüd təyin olunur".

Onun sözlərinə görə, təqaüdün nə vaxt təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilir və həmin vaxtdan götürülməklə verilir.

“Müharibə veteranı” adına görə təqaüd hansı müddətə təyin olunur və şəxs əməkhaqqı, yaxud pensiya alırsa, bu təqaüdü də ala bilirmi?

Bu suala cavabında F.Talıbov deyib ki, “Müharibə veteranı” statusuna görə təqaüd müddətsiz, ömürlük təyin olunur və müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq, bu təqaüdü də alır.

Şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı” statusuna görə təqaüd də verilir? Yənu hər iki təqaüdü alırmı?

Şöbə müdiri qeyd edir ki, verilmir: "Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat ödənilir. Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir".




Paylaş:


Müəllif : Tarix:
3-03-2022, 14:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər