Dövlət Agentliyinin MADAR TENDERYEYƏNİ... - İcazə verin, şübhələnək...
Dövlət qurumlarının özlərinə TENDERYEYƏN müəyyən etməsi artıq adi hal alıb. Yox, düşünməyin ki, hansısa dövlət qurumunun bir partnyoru illər ərzində qalib elan etməsi qarşı tərəfin artıq sınanmış tərəfdaş olması ilə əlaqəlidir. Hər halda, burası Azərbaycandır və burda tenderlərin, əslində isə BÜDCƏ PULLARININ necə xırıd edildiyi hər kəsə gözəl aydındır. Elə DİA.AZ olaraq təqdim edəcəyimi növbəti fakt da belələrindəndir.
Artıq illərdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özünə "Referans Pharmaceuticals" adlı bir TENDERYEYƏN müəyyən edib və büdcə pullarını bu yolla xırıd edir. Hər halda ölkənin gərəkən qurumları artıd sözügedən dövlət agentliyini bir nəzarətə götürmək haqqında da düşünməlidirlər.
Son məlumatlara görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb. Hə yenə də təəccüblü heç nə baş vermədir. 160 min 480 manatlıq tenderin qalibi "Referans Pharmaceuticals" MMC oldu. Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, təkcə bu il ərzində şirkət bundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 708 min 303 manatlıq tenderinin qalibi olub. Bu da hamısı deyil.
Rakatlıqla deyə bilərik ki, “Referans Pharmaceuticals” MMC şirkəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin "sevimli" təchizatçısına çevrilib. İctimaiyyətə açıq olan məlumatlara görə, bu şirkət 2021-ci ildə Agentliyin keçirdiyi tenderlərdə 12 dəfə qalib olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrini əsasən “Referans Pharmaceuticals” şirkətindən satın alır. Dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, bu il Agentlik “Referans Pharmaceuticals” şirkətilə cəmi məbləği manat olan 273 milyon 191 min manatlıq müqavilələr imzalayıb (Bu məbləğ yanlış da ola bilər, çünki dövlət satınalmalarının vahid internet portalında müqavilələrin məbləğinin səhv daxil edilməsi halları tez-tez baş verir).
Portalda verilən məlumata görə, Agentlik “Referans Pharmaceuticals”dən 161 milyon 524 min manatlıq talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələri və tibbi sərfiyyat malları, 105 milyon 191 min manatlıq “İmtiyazlı qrupa daxil olan xəstələr”in təminatı üçün dərman vasitələri də satın alıb.
2014-cü ildə dölət qeydiyyata alınmış və 10 manat nizamnamə kapitalı olan “Referans Pharmaceuticals” şirkətinin qanuni təmsilçisi Əliyev Abbas Famil oğludur. "Referans Pharmaceutical" MMC-nin hüquqi ünvanı Bakı şəh, Nərimanov ray, Mirzəbala Məmmədadə, ev 8A-dır. "Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik" də bu ünvanda yerləşir.
Biz yazdıq... Araşdırması isə dövlətə qalır... Hər halda yeyilən pulların adı bizim olsa da, DÖVLƏTİN BÜDCƏSİNDƏN gedir...
Paylaş:
Müəllif : Yazar
Tarix:5-03-2022, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər