Təhsil Nazirliyində MODERN DİLƏNÇİLİK... - BUNA NƏ DEYİRSİNİZ?
Ölkənin bir sıra bölgələrində, eləcədə cənub bölgəsində fəaliyyət göstərən məktəblərdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırova məxsus olduğu ehtimal edilən kapitalbank kartı yayılıb. Müəllimlərə edilən çağırışlardan aydın olur ki, Eşqi Bağırovun diqtəsilə onun kartına "onlayn sədəqə" yığılır.
Bugün Lənkəran rayonu İstisu qəsəbə orta məktəbinin müəllimləri də eyni halla üzləşiblər. Müəllimlərin vatsap qrupunda da aşağıdakı çağırış paylaşılıb.
SİTAT: "Salam, hər vaxtınız xeyir hörmətli müəllimlər! Bu kompaniyaya qoşula bilərsiniz. Kim pul ödənişi etsə mütləq qəbzini özünüzdə saxlayın. Sürətini məktəbə təqdim edin. Pulun az çox olmasının əhəmiyyəti yoxdur. Bu kompaniyaya qoşulsaq yaxşı olar".
Eşqi Bağırovun "onlayn sədəqə"sinə qoşulanlardan bir neçəsi üçün MİLLİÖN-lə karta ödəniş zamanı prosesin fotosunu da çəkərək redaksiyamıza təqdim ediblər. Arada gəzən söz-söhbətə görə, Eşqi Bağırov müəllimlərdən bu yolla topladığı pulu "şəhidlərə yardım fondu" adı altında yığır. Maraqlıdır, bir məmurun şəxsi bank hesabı nə zamandan "şəhidlər fondu" üçün alət olub? Təhsil nazirliyinin şöbə müdirinin əməlinin yalnız bir adı var - "onlayn rüşvətxorluq"...
İnanırıq ki, fakt hüquq mühafizə orqanları və Təhsil nazirliyi tərəfindən araşdırılacaq! (Demokratik.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2022, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər