Sülhməramlılar tərəfə çevrilib: “Elə ilk gündən...” - ETİRAZ
Qarabağdakı Rusiya sülhməramlarının fəaliyyəti ciddi ictimai narazılıq yaradır.
Bu haqlı narazılığın səbəbi isə məhz onların yerləşdiyi ərazilərdən erməni separatçılarının Azərbaycan hərbçilərinin mövqelərini mütəmadi olaraq atəşə tutmasıdır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 7 martda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Martın 8-i isə günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub. “Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, - nazirliyin məlumatında qeyd olunub.
Ümumiyyətlə, Rusiya sülhməramlılarının fəaliyyətə başladığı 10 noyabr (2020-ci il) tarixindən etibarən erməni təxribatları baş verib. Məsələ ondadır ki, 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əsasən, sülhməramlılar Azərbaycan ərazisində qalan erməni silahlılarını tərki-silah etməli idi. Amma görünən odur ki, Rusiya sülhməramlıları bu öhdəliyi yerinə yetirmək əvəzinə, erməni separatizminə, terroruna dəstək verir. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, sülhməramlı adlandırılan rus hərbçiləri elə ilk gündən tərəf olduqlarını nümayiş etdiriblər:
“Təxminən iki ilə yaxın müddətdə yerləşdikləri Azərbaycan ərazilərində ermənilərə havadarlıq etməklə yanaşı, öz missiyalarını aşıblar. Sülhməramlı missiya əvəzinə “erməniməramlı” fəaliyyət həyata keçiriblər. Ermənilərə tam dəstək vermək, humanitar yardım etmək, orada binalar tikmək və digər məsələlərə qədər irəli gediblər. Bu, dünyanın heç bir yerində sülhməramlıların etmədiyi işlərdir ki, Rusiya sülhməramlıları Qarabağda bunu edir. Necə ki, Azərbaycan torpaqlarını işğal olunmasında və 30 il işğal altında saxlanılmasına Rusiya birbaşa vəsilə olmuşdusa, eləcə də sülhməramlı missiyası adı altında eyni siyasəti həyata keçirirlər. Bir daha şahidi oluruq ki, orada olan həbçilər mütəmadi olaraq Rusiya siyasi rəhbərliyinin tapşırıqlarını yerinə yetirməklə Azərbaycan ictimaiyyətini qıcıqlandıran addımlara yol verirlər. Separatçıların revanşist addımlar atmasına rəvac verir, göz yumurlar. Bu isə heç bir halda qəbul olunan deyil”.
Həmsöhbətimiz “Moskva Bəyannaməsi”nin konkret olaraq 11-ci bəndini misal çəkib:
“Orada göstərilib ki, tərəflər öz ərazilərində separatçılara və terrorçulara qarşı birgə mübarizə aparırlar. Amma görürük ki, konkret olaraq Rusiya 10 noyabr razılaşmasını necə pozursa, eləcə də “Moskva Bəyannaməsi”nin bəndləri pozulur. Rusiya Azərbaycan ərazisində olan separatçılara və terrorçulara dəstək durur və belə demək mümkündürsə, onların fəaliyyətini təşviq edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-03-2022, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər