reklam
Regionxeberlericom.az » Sosial » Brüsseldəki “şeytan yuvası” Azərbaycanı niyə hədəf alıb?.. - İNCƏLƏMƏ...

reklam

Brüsseldəki “şeytan yuvası” Azərbaycanı niyə hədəf alıb?.. - İNCƏLƏMƏ...


Avropa Birliyinin (AB) mühüm qurumu olan Avropa Parlamenti bu gün ölkəmizə qarşı daha bir təxribata imza ata bilər. Motiv yenə həmənkidir - “qədim və əzabkeş xalqın” ölkəmizə qarşı bitməyən əsassız və həyasız iddiaları barədə şikayətlər, “timsah gəz yaşları”.

“Bəli! Biz buna nail olduq! Avropa Parlamentində cümə axşamı, martın 10-da plenar iclas keçirəcək, orada Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı müzakirələr və qətnamənin səsverməsi olacaq”. “Yeni Müsavat”-ın məlumatına görə, bu “şad xəbəri” ermənilərə özünün Twitterdəki mikrobloqunda Avroparlamentin Fransadan olan deputatı Peter van Dalen verib.

*****

Ancaq əfsuslar olsun ki, qurum indiyədək bircə dəfə də olsun, erməni işğalçıların Azərbaycan ərazilərində törədikləri erməni vandallığına dair dinləmələr keçirməyib, o ki ola qətnamə qəbul eləsin. Sanki bu, Avropa Parlamenti yox, Ermənistan parlamentidir, üzvləri də ermənilərdir.

Bu yerdə xatırladaq ki, 44 günlük müharibədən bir neçə ay sonra Avropa Parlamenti Azərbaycanı və Türkiyəni ittiham edən qətnamə qəbul eləmişdi. Orada həmçinin Vətən müharibəsi vaxtı Azərbaycanın guya Suriyadan olan muzdlulardan istifadə elədiyi həyasızcasına iddia edilir, erməni diversantların qeyd-şərtsiz azad olunması tələb olunurdu.

Keçən ay isə Avropa Parlamenti növbəti xain mövqe sərgilədi. Qurumun 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə açıqlanan hesabatında ATƏT-in Minsk Qrupu “Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format” kimi təqdim edilir, AB, ona üzv dövlətlər və İnsan Hüquqları üzrə vitse-prezident “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı nizamlamanın tapılmasında fəal iştiraka”, MQ-nin mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanırdı.

Hesabatın 42-ci maddəsində isə beləcə də deyilirdi: “ATƏT-in Minsk Qrupu bu münaqişənin ərazi bütövlüyü, güc tətbiq etməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə həlli prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır”.

Xatırladaq ki, həmin sənədin əsas müəllifi Fransadan olan deputat Natali Luazo olub.

Heçə gündür işğalçı Rusiyaya qarşı bunca mütəşəkkil mövqe göstərən, işğalçı Ukraynaya isə dəstəyini əsirgəməyən Avropanın, Avropa Parlamentinin işğalçı Ermənistana hələ də bu dərəcədə qahmar çıxması, onun yalanlarına “yaşıl işıq” yandırıb işğala, talançılığa məruz qalmış Azərbaycanı isə hədəf alması, “ikili standart” yanaşmasından əl çəkməməsi heyrət doğurmaya bilmir...

*****

Qeyd edək ki, hazırda Avropa Birliyinə Fransa sədrlik edir. Bu dövlətin ölkəmizdəki səfiri Zakari Qross da Şuşa xaric, işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdamda olub, erməni barbarlığını öz gözləri ilə görüb, bundan hətta təsirləndiyini söyləyib. O zaman nədən Avropa Parlamenti Bakının çağırışlarına rəğmən, bir dəfə də olsun, bu məsələ ilə maraqlanmayıb? Axı məhv edilən Azərbaycanın tarixi-mədəni abidələri, dini-mədəni irsidir. Ermənilər 67 məsciddən 65-ni yerlə bir edib, ikisində isə donuz, inək saxlayıblar.

Ermənilərin uydurma ittihamlarından fərqli olaraq, bununla bağlı konkret dəlil-sübutlar, foto və videokadrlar var. Fransa səfiri bunu, üstəlik, öz gözləri ilə görüb. O halda niyə Azərbaycanın harayı israrla qulaqardı edilir? Qarabağda hansı “erməni mədəni irsinin dağdılması”ndan söhbət gedir? Nədən ərazilərimiz erməni işğalı altında olan avropalılar, lap elə həmin o Minsk Qrupu həmsədrləri Bakının çoxsaylı müraciətlərinə rəğmən, Azərbaycan tarixi-mədəni irsi ilə maraqlanmayıblar? Bəlkə Fransa səfiri Avropa Parlamentinə getsin və gerçəyi ermənipərəst deputaların gözünə soxsun? Xeyri olarmı, görəsən?..

*****

Bu da başqa bir gerçəkdir ki, Ukraynadakı faciəvi olaylar fonunda Azərbaycanın Avropa üçün önəmi, o sırada energetik əhəmiyyəti ciddi şəkildə artıb. Elə isə Azərbaycanı zorla Qərbdən məsafə saxlamağa vadar edən belə təxribatlar kimə lazımdır? İşğalçı Rusiyanın hərbi-siyasi və sadiq müttəfiqi, vassalı, köləsi olan Ermənistan doğrudanmı Avropa üçün bu qədər gərəkli, dəyərlidir, Azərbaycandan daha vacibdir? Nəhayət, Avropanın göbəyindəki bu “şeytan yuvası” kimə, hansı mərkəzlərə xidmət edir? Doğrudanmı bu siyasət Qərbin yaxın, orta və uzaq perspektivə hesablanmış strateji maraqlarına xidmət edir?

Əlavə edək ki, məhz Avroparlamentdə müzakirələr ərəfəsi Ermənistan baş naziri Nikol Paşinyan Fransaya səfərə gedib. Məlumatlara görə, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Paşinyanı bu səfərdə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər müşayiət edir.

Aydındır ki, İrəvan bu səfərdən köhnə gündəmi bərpa eləmək üçün maksimum yararlanmağa çalışacaq. Bakıya qarşı ənənəvi ritorika yəqin özünü göstərəcək və Brüsselin ardınca daha bir anti-Azərbaycan de-marşı Parisdən gələcək...




Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər