Azərbaycanda İLK DƏFƏ - yeni Təhsil Mərkəzi yaradılır
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq.
Təhsil Nazirliyindən bildirilib ki, artıq mərkəzdə son tamamlanma işləri görülür.
Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Layihə çərçivəsində təhsil müəssisəsində tədris prosesini həyata keçirən müəllim heyətinə koreyalı ekspertlər tərəfindən təlim keçirilib. İlkin mərhələdə 24 azərbaycanlı müəllim Koreya Respublikasında 3 ay təlimdə iştirak ediblər. Təlim prosesinin ikinci mərhələsini hazırda koreyalı mütəxəssislər Bakıda davam etdirir.
Təhsil kompleksində əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastruktur var.
Qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Qeyd olunan istiqamətdə Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Hyundai”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi bir sıra aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb.
Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasını başa vurmuş gənclərlə yanaşı, ali təhsil müəssisələrini bitirmiş, hətta əmək bazarında uzun müddət təcrübəyə sahib peşəkar mütəxəssislər də təhsil ala biləcəklər. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-07-2019, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-07-2019, 16:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29