reklam
Regionxeberlericom.az » Sosial » Rubl məzənnədən düşür, xurmamız anbarlarda qalır - NARAZILIQ!

reklam

Rubl məzənnədən düşür, xurmamız anbarlarda qalır - NARAZILIQ!


Azərbaycan xurmasının ən böyük idxalçılarından olan Rusiya və Ukrayna arasında gedən müharibə ölkəmizdə bu sahə ilə məşğul olanlara böyük zərər vurub. Azərbaycanda ildə 200 min tondan artıq xurma istehsal olunur ki,onun da təxminən 174 min tonu ixrac edilir.

Yeni bazarın olmaması bu sahədə ciddi problemlər yarada bilər. Baş verən hadisələr Azərbaycanın xurma ixracına birbaşa təsir göstərir.

Azərbaycanın xurması üçün əsas bazarı olan bu iki ölkəyə ixracı ümumiyətlə mümükün deyil, ya da Rusiya valyutasının dəyəri itirməsinə görə sahibkara sərf etmir. Məhz buna görə də məhsullar anbarlarda qalmaqdadır.

Göyçay rayonunda fəaliyyət göstərən sahibkar Coşqun Yusifov deyir ki, hazırda tonlarla məhsullarımız rayonun soyuducu anbarlarında qalıb tələf olur. Bu malı da yəqin ki, sahibkarlar Rusiya bazarına göndərə bilmədiyi üçün məhv etməli olacaqlar.

"Bu bizim sahibkarlar üçün maddi zərərdir, ötən ilin payızında bağlardan yığılaraq soyuducu anbarlara yerləşdirilən meyvə günü-gündən xarab olur. Bütün bunlar isə min bir əziyyətlə becərilən məhsulla bağlı külli miqdarda vəsaitin itirilməsi deməkdir. Hər il Rusiya pulunin məzənnəsi sabit olurdu, sahibkarlar da malını rahat satırdı. Hazırda iş adamları məhsulu Rusiya bazarına göndərə bilsə də, əldə olunan gəlir yol, soyuducu və digər xərcləri ödəmir. Sahibkara burda küllü miqdarda zərər dəydiyi üçün heç kim öz malını Rusiya bazarına göndərə bilmir.

Sahibkar deyir ki, xurmanı indiki vəziyyətdə Azərbaycan bazarında satmaq isə sahibkarlar üçün əlverişli deyil. Çünki yerli bazarda bu məhsuldan ən yaxşı halda belə ixracla müqayisədə qat-qat aşağı gəlir götürmək mümkündür:

"Faktiki olaraq Azərbaycanda soyuducu anbarlarda olan məhsullara heç bir alıcı yoxdur. Bu ilki, qarşıdan gələn altı-yeddi aydan sonrakı mövsüm üçün proqnozlarda xoşagələn heç nə yoxdur. Çünki Rusiya və Ukraynyadan başqa hələ ki, böyük miqdarda xurma satmaq üçün bizim bazarlarımız mövcud deyil. Bu bazarlar olmazsa, 2021-ci ilə görə əldə olunmuş 126 milyon dollar vəsaitin heç yüzdə əllisinin də gəlməsinə ümid edilmir".

Xatırladaq ki, ötən il Azərbaycandan 174 min ton xurma ixrac olunub və bu məhsulun satışından ölkəmizə 126 milyon dollara qədər vəsait daxil olub.

Ölkəmizə ən çox valyuta gətirən məhsullardan biri olan xurmanın yenə də gəlirli sahəyə çevrilməsi üçün yəqin ki, yerli bazarların da axtarışına ehtiyac yaranacaq. //sputnik.az//




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 14:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər