Xaricə valyuta səpirik: Əvəzində aldığımız isə... - FAKT BUDUR!
Azərbaycanın idxaldan asılı olduğu məhsullar sırasında süd və kərə yağı da var.
Son məlumatlara bu il Azərbaycan süd idxalını 70 faiz artırıb. İran isə Azərbaycana kərə yağı ixracını 50 dəfədən çox artırıb. Qeyd edək ki, 2021-ci ildə ölkəyə idxal olunun kərə yağı, 15 min 34 ton təşkil edib ki, onun da dəyəri 78 mln. 789 min dollar olub. Bu gün marketlərdə satışda çox sayda süd və süd məhsulları, müxtəlif adlarda kərə yağları var. Həmin kərə yağlarının isə cəmi bir neçəsinin üzərində Azərbaycan istehsalı olduğu yazılıb. Beləliklə, bazarda yağ və süd məhsullarının yerli istehsal olduğuna inanmayanlar müxtəlif yollarla bölgələrdən əldə etməyə çalışır, bəzi vətəndaşlar isə keyfiyyətinə inanmasa belə, bu məhsulları marketlərdən almaq məcburiyyətindədir. Maraq doğuran odur ki, davamlı olaraq ölkədə heyvandarlığın inkişafından bəhs edilsə də, hələ də bu məhsullar xaricdən idxal edilərək, vayuta axınına şərait yaradılır.
Bir sıra məhsullarda olduğu kimi niyə adıçəkilən məhsullarda da idxaldan xilas ola bilmirik? Məlumata görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, ölkədə yerli süd istehsalı çox aşağı səviyyədədir:
"Yerli süd adı altında bazarda olan məhsulların da bir çoxu süd tozundan hazırlanıb, xaricdən, əsasən də əvvəllər Ukraynadan alınırdı, bəzi Avropa ölkələrindən, Türkiyədən gətirilirdi. Bu gün süd tozundan hazırlanmış süd məhsulları var ki, həm süd, həm də kəsmik, pendir və digər süd məhsulları kimi yerli istehsal adı altında bazarda yer alır. Ancaq onun xammalı xaricdən gətirilir. Ona görə də bizdə istehsal zənciri hələ tam oturuşmayıb. Bizdə özümüzü təmin edəcək qədər imkanımız yoxdur. Bunun isə müxtəlif səbəbləri var. Onlardan biri kimi yem bazası ilə bağlı problemlərin olmasını göstərmək olar. Çünki 2014-cü ildən sonra texniki bitkilərin önə çıxması, pambıq əkinlərinin genişləndirilməsi, bəzi örüş sahələrində də pambıq və digər texniki bitkilərin əkilməsi yem bazasını xeyli zəiflətdi. Yemin bahalaşdı və nəticədə iri buynuzlu mal-qaranın saxlanması ilə bağlı problemlər yaşandı. Bununla yanaşı, bu sahədə fermerlərə göstərilən dəstək də kifayət deyil. Hətta südün toplanmasının özü də böyük bir problemdir. Çünki bir kənddə və yaxud qəsəbədə yaşayan əhalinin bir neçə inəkdən sağdığı südün toplanması üçün xüsusi infrastruktur lazımdır. Əvvəllər "Palsüd" yeni fəaliyyətə başlayanda belə bir infrastruktur yaradılmışdı. Sonradan onun da istehsalının azalması infrstruktura zərər verdi. Ancaq bu, cəmi bir, cənub bölgəsində təşkil olunmuşdu. Ölkə üzrə belə infrastruktur da yoxdur ki, səhər tezdən süd toplansın. Avropa ölkələrində görürük ki, səhər tezdən süd maşınları kəndləri, evləri gəzərək artıq südləri toplayırlar. Çox zaman bizdə kəndlilərin özləri çalışır ki, qohuma, tanışa, yaxud şəhərə yaxın yerlərdə yaşayanlar gətirib satmağa çalışırlar. Nəticədə də bizim asılılığımız kifayət qədər ciddidir".
Ekspert deyir ki, kərə yağında da ciddi asılılığımız var: "İndi rəsmi rəqəmlərə görə, İrandan gətirilən kərə yağı 50 dəfə artırılıb deyilir. Ancaq əvvəllər az idi və indi daha çox artırılıb. Çünki qiymət sərfəlidir, ona görə artırılıb. Həcm olaraq isə o qədər böyük deyil. Ölkəyə yağ gətirilməsində daha çox Yeni Zelandiya, Avstraliya və digər ölkələr öndədir. Bizim özümüzü təmin edəcək potensial var. Ancaq infrastruktur, sistem, fermerlərə ciddi dəstək problemləri olduğu üçün hələ də bu məsələdə xaricdən kifayət qədər asılı vəziyyətdəyik".
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2022, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər