Cəlilabadda görün, HÖKMÜ KİM ÇIXARIR... - NARAZILIQ!
Cəlilabad rayon sakini Tacəddin Əsədov ölkə başçısı İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə müraciət edib.
O bildirib ki, hazırda həyatı təhlükədədir: "Cəlilabad Rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev məni ölümlə və tutdurmaqla hədələyir. Səbəb də budur ki, onun neqativ əməlləri haqqında şikayət ərizələri yazmışam. Elxan Əmirəliyev hüquqi normativləri kobud şəkildə pozaraq qətnamə çıxarmışdı. Mən həmin qətnamə barədə dövlət orqanlarına uzun müddətdir ki, şikayət ərizələri yazmışam və son zaman mətbuat orqanlarına da bununla bağlı müraciət etmişəm".
"Mənimlə əlaqə saxlayıb dedilər ki, Elxandan şikayət ərizələri yazma"
"Onun adamları mənimlə əlaqə saxlayıb dedilər ki, Elxandan şikayət ərizələri yazma. Mən də onlara bildirdim ki, axı mən Elxandan çox şey istəmirəm. Bircə istəyim odur ki, məhkəmədə yazdığım izahatın kopyasını mənə versin. Deyin görək axı burada nə var? Hər bir vətəndaşın borcudur ki, məhkəmədə verdiyi izahatların və digər sənədlərin kopyasını əldə etsin", - deyə Tacəddin Əsədov bildirib.
"Əyan-əşrəfi məni çağırıb dedilər ki, sənə nə lazımdır?"
"Xatırladım ki, birgə işlətdiyimiz traktorun bərbad hala salınması ilə bağlı şərikimlə aramızada mübahisə olmuşdu və dəymiş ziyanın ödənilməsi üzrə məhkəmə prosesi keçirilmişdi. Elxan Əmirəliyev işə düzgün baxmamış, tərəflərdən birini açıq şəkildə aldadaraq qərarı o biri tərəfin xeyrinə çıxarmışdı. Elxan Əmirəliyevin əyan-əşrəfi məni çağırıb dedilər ki, sənə nə lazımdır? İzahatın kopyası lazımdırsa gedək məhkəməyə, Elxan Əmirəliyev sənə həmin kopyaları verəcək. Məhkəməyə gəldim və onun qəbuluna düşdüm. Lakin Elxan Əmirəliyev mənə kopya vermək əvəzinə üstümə cumdu və pis-pis söyüşlərlə təhqir etdi. O mənə küçük dedi. Bildirdi ki, sənin boğazını quş boğazı kimi üzəcəyəm. Mən də təhqir olunmuş vəziyyətdə suyu süzülə-süzülə məhkəmə binasından çıxdım və evə gəldim", - belə deyir Cəlilabad sakini.
"Elxan Əmirəliyevdən istədiyim nədir?"
Şikayətçi deyir ki, dövlət orqanlarına yazdığı şikayət məktublarından sonra başına oyun açıblar: "Həyatımı puç etdilər. Belə ki, Elxan Əmirəliyevin adamları məni və övladlarımı öldürməklə hədələyirlər. Elxan mənə Cəlilabad Prokurorluğundakı adamları vasitəsilə cinayət işi açacağını və tutduracağını bildirir. Deyin, dünyanın hansı ölkəsində adamı dövlət orqanlarına şikayət yazdığına görə tuturlar? Bunu ancaq bizdə Elxan kimi yığdıqları milyonların gözünü örtdüyü məmurlar edə bilir. Baxın, mənim Elxan Əmirəliyevdən istədiyim nədir? Adi biz izahatın kopyası, hansı ki onu məhkəməyə öz əlimlə yazmışam. Burda təhlükəli və Elxan Əmirəliyevi coşqunluq həddinə çatdıra biləcək nə var? Lakin Elxan Əmirəliyev mənə həmin kopyanı vermək əvəzinə adamları vasitəsilə təzyiqlər edir, ölümlə və tutdurmaqla hədələyir".
"Həmin izahatı məhkəmədə hakim Elxan Əmirəliyevin katibi Şahin Sultanzadə mənə yazdırıb almışdı. İndi görün katib Şahin Sultanzadə mənə nə deyir? Şahin Sultanzadə deyir ki, düzdür, izahat sənindir və qanunla da kopyasa sənə verilməlidir, amma Elxan Əmirəliyev icazə vermir. Tapşırıb ki, izahatı Tacəddinə verməyin. Şahin deyir ki, ala bilirsənsə, get Elxan Əmirəliyevin özündən al! O desin mən də verim!", - deyə o qeyd edib.
"Elxan Əmirəliyev nəyə görə belə edir?"
"Belə olurmu? Bu necə məhkəmədir, bu necə ədalətdir, bu necə insan hüquqlarını qorumaqdır? Elxan Əmirəliyev nəyə görə belə edir? Ona görə ki həmin izahat mənə verilsə, onda Elxan Əmirəliyevin korrupsiya əməli üzə çıxacaq. Aydınlaşacaq ki, onun çıxardığı qətnamə düzgün çıxarılmayıb və bunun "səbəbi” var. Mən dövlət orqanlarına yazdığım şikayətlərlə bağlı Elxan Əmirəliyevin mənə göndərdiyi cavab məktubunu yenidən dövlət orqanlarına göndərmişəm. Bir yerdə yazır ki, sənin verdiyin iddia tələbi baxılmamış saxlanılıb. Digər yerdə isə yazır ki, qarşı tərəfin iddiası təmin edilib. Xoruzun quyruğu da burda görsənir. Necə olur ki, ilk iddianı verən mən olduğum halda, iddiama baxılmır, amma qarşı tərəf ilə "görüşüb razılığa gələndən sonra” onun iddiası qəbul olunur?!"
"Evimin divarlarına hədələyici şəkillər vurublar"
Tacəddin Əsədov ölkə başçısından kömək istəyir. Deyir ki, hədələrdən qorxub ailə üzvlərini rayondan çıxarıb: "Hazırda Cəlilabad Məhkəməsinin çıxardığı qətnamələrin çoxu bu cür təzadlarla doludur, çünki burda böyük bir korrupsiya mexanizmi fəaliyyət göstərir. Hazırda qorxumdan ailə-uşağımı götürüb kəndə aparmışam. Uşaqlarımı məktəbdən çıxarmışam, dərsə getmirlər. Nəyə görə? Çünki evimin divarlarına hədələyici şəkillər vurublar. Ona görə də ailə-uşaqlarım qorxudan yaşadığımız evdən çıxıb kəndə getmişlər. Bizi xilas edin!"
O deyir ki, evinin divarlarına hədələyici şəkillər yapışdırılıb: "Evimin divarına vurulmuş hədələyici şəkilləri sizə də göndərirəm. Bu barədə polisi məlumatlandırmışam, gəlib çəkiliş aparıblar. Elxan Əmirəliyevin və ağasının rayonda böyük bir mafiya şəbəkəsi fəaliyyət göstərir".
Şikayətçi deyir ki, bu şəkil evinin divarına vurulub
Cəlilabad Rayon Məhkəmənin hakimi ilə əlaqə saxlamaq mümkün olmadı. Məhkəmənin katibi Şahin Sultanzadə isə "Arqument.az"a bildirdi ki, bu məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edilməlidir: "Bu məsələ ilə bağlı suallarınız olsa, nazirliyə müraciət edin". //Arqument.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2022, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər