Bakıda qadının azyaşlı qızına bacısının əri təcavüz etdi - TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yeznəsi Məlikə (adlar şərti verilib – red.) xəsarət yetirib. regionxeberlericom.az demokrat.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə “Bazar super market”in yaxınlığında asfalt yolun kənarında baş verib.
Fərid həmin ərazidə yeznəsi ilə 2008-ci il təvəllüdlü bacısı qızı Aytənə qarşı seksual xarakterli hərəkətlər etmək istəməsi ilə əlaqədar aralarında mübahisə yaranıb.
Mübahisə zəmnində üzərində gəzdirdiyi bıçaqla Məlikin hər iki bud nahiyyələrinə qəsdən vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xəzər rayonu, Bina qəsəbəi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayır: “Dörd bacı, iki qardaş olmaqla ailədə altı uşaq olmuşuq. Böyükləri mənəm. Atam 6 il olar ki, rəhmətə gedib. Ailəmizin bütün üzvləri təxminən 20 ilə yaxındır ki, Binə qəsəbəsində yaşayır. Bacım Mədinə əri ilə yola getmədiyinə görə 2020-ci ilin avqustun əvvəllərində iki azyaşlı uşaqlarını da özü ilə götürərək digər bacım Səbinəgilə gəldi, onlarda yaşadılar. Amma sonradan bacım azyaşlı övladı ilə birlikdə bizə gəldi və bizim evdə yaşamağa başladı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı Mədinə əsə-əsə 12 yaşlı qızı Aytənlə nəsə danışır və Aytən isə ağlayır:
“Onlara yaxınlaşdım, nə baş verdiyini soruşdum. Lakin heç biri mənə heç nə demədi. Bundan bir qədər sonra Mədinə mənə bildirdi ki, azyaşlı oğlu Raminlə yaxınlıqda yaşayan bacısı Səbinəgilə gedir. Ondan nəyə görə getdiyini soruşdum. Mənə narahat olmamağımı, Məlikin nəsə etdiyini dedi. Bundan sonra bacım oğlu ilə birgə getdi, qızı Aytən isə bizim evimizdə qaldı. Bir qədər sonra nə baş verdiyini öyrənmək üçün bacım Mədinəyə zəng etdim. Lakin o, telefona cavab vermədi”.
Fəridin sözlərinə görə, bir qədər sonra Səbinəyə zəng edib və evdən çölə çıxıb: “Evə geri qayıdanda isə gördüm ki, Aytən evdə yoxdur. Ondan harada olmasını soruşdum. Bildirdi ki, anasının arxasınca gedib. Bu vaxt daha da narahat olmağa başladım və məndən onların arxasınca getdim. Yolda gördüm ki, bacım Mədinə uşaqları ilə Səbinənin uşaqları birlikdə piyada yaşadığımız evə doğru gəlirlər. Mən Səbinəgilin yaşadığı evə getdim. Gördüm ki, Mədinə ilə Səbinədən başqa evdə heç kəs yoxdur. Onlardan nə baş verdiyini soruşdum. Bu vaxt Səbinə Məlikin qudurduğunu dedi. Ondan necə yəni qudurduğunu soruşdum. Səbinə bildirdi ki, əri Məlik bacısı Mədinənin qızı Aytənə yaşadıqları evdə sataşmaq istəyib. Həmin vaxt şoka düşdüm. Bundan sonra bu məsələni dəqiqləşdirmək üçün yaşadığım evə geri qayıtdım. Aytənlə danışdım. Həmin vaxt Aytən bildirdi ki, təxminən bir ay əvvəl Məlik öz yaşadıqları evdə uşaqlardan başqa heç kəs olmadığı vaxt uşaqları evdən çölə çıxardı, evin içərisində zorla yerə uzadaraq üstünə uzanıb. Lakin Məlikə nəsə etməsinə imkan vermədiyini dedi. Onun bu sözündən sonra evdən çölə çıxdım. Məlikə zəng etsəm də, Məlikin telefonu sönmüş vəziyyətdə oldu”.
Fərid deyib ki, bundan sonra piyada Məliki axtarmağa başlayıb: “Təxminən 1 saat gəzəndən sonra gördüm ki, Məlik asfalt yolun kənarı ilə piyada gedir. Arxadan onu çağırdım, dayanmasını, onunla işimin olduğunu dedim. Məlik də dayandı, məni gözlədi. Məlikin yanına gələrək ondan nə qələt etdiyini soruşdum. O, da mənə kobud formada nalayiq söyüşlərlə heç nə etmədiyini dedi. Bu zaman Məliki nalayiq söyüşlə söydüm. Buna görə Məlik sifət nahiyyəmə yumruq atdı. Lakin başımı geri çəkdiyimdən yumruq zərbəsi mənə dəymədi. Bundan sonra Məlik məni vurmaq üçün üstümə gəldi. Bu zaman özümü müdafiə etmək məqsədi ilə üzərimdə gəzdirdiyim cib bıçağını çıxardaraq qorxutmaq məqsədi ilə bıçağın ucu ilə Məlikin arxa yan nahiyyəsindən iki dəfə zərbə vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Məlik yerə çökərək oturub: “Daha sonra Məliki həmin yerdə qoyaraq oradan uzaqlaşdım. Təxminən 100 metr aralıda dayanan tanımadığım şəxslərə əlim ilə Məliki göstərdim, bildirdim ki, qələt elədiyi üçün bıçaqla onu vurdum, ölməməsi üçün təcili yardım çağırsınlar. Daha sonra yaşadığım evə getdim. Evdə bildirdim ki, Məliki bıçaqla vurmuşam. Hadisə vaxtı bizim yanımızda heç kəs olmayıb”.
Fərid bildirib ki, Məliki bıçaqla vurandan sonra yaşadığı evə gedərkən həmin bıçağı yaxınlıqda olan su kanalına atıb. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşmanolduğunu da söyləyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlikin sözlərinə görə, Binə qəsəbəsində yaşayır, Fərid onun qaynıdır: “Fəridlə əvvəllər münasibətim yaxşı olub, heç bir düşmənçiliyim və ədavətim yoxdur. Hadisə günü, təxminən saat 12.00-da Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Aslan bağları” adlanan ərazidə “Bazar super market”in yaxınlığında asfalt yolun kənarı ilə piyada işlədiyim yerə gedərkən qaynım Fərid əsəbi halda arxadan məni çağırdı, dayanmağımı, mənimlə işinin olduğunu dedi. Mən də dayandım, onu gözlədim. Fərid yanıma gələrək kobud formada məndən nə qələt etdiyimi soruşdu. Mən də ona kobud formada nalayiq söyüşlərlə heç nə etmədiyimi dedim”.
Zərərçəkmiş deyib ki, bu zaman Fərid onu nalayiq söyüşlə söyüb: “Buna görə Fəridin sifət nahiyyəsinə yumruq atdım. Lakin başını geri çəkdiyindən yumruq zərbəsi ona dəymədi. Bundan sonra Fəridi vurmaq üçün üstünə getdim. Bu zaman Fərid üzərində gəzdirdiyi qatlanıb bağlanan cib bıçağını çıxardı, bıçağın ucu ilə arxa bud nahiyyələrimdən iki dəfə zərbə vurdu. Həmin vaxt yerə çökdüm. Sonra Fərid məni həmin yerdə qoyaraq oradan uzaqlaşdı. Bir qədər sonra həmin yerə gələn tanımadığım şəxslər köməklik etdi, məni Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına apardılar”.
Məlik bildirib ki, heç vaxt Aytən ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün onu altına yıxaraq üstünə uzanmayıb: “Aytən mənim qızımyerində olub”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını, zərərçəkmişin ondan şikayətçi olmadığını nəzərə alıb.
Bu səbəbdən məhkəmə Fəridin barəsində olan cinayət təqibinə xitam verib. Fərid cinayət məsuliyyətindən azad edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2022, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər