reklam
Regionxeberlericom.az » Sosial » Qarabağdakı ermənilər QAZ İSTƏYİRLƏRSƏ... - Deputat danışır...

reklam

Qarabağdakı ermənilər QAZ İSTƏYİRLƏRSƏ... - Deputat danışır...


“Martın 7-dən etibarən Ermənistanda qaz-boru xəttində qəzanın baş verməsi ilə bağlı informasiyalar yayılır. Ermənistan tərəfi hər şeydə Azərbaycanı ittiham etməyə çalışır. Onlar Xankəndidə yaşayan ermənilərin qazsız qalmasına səbəbkar kimi də Azərbaycanı təqdim edirlər. Bu, növbəti yalan və iftiradır”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, həmin qəza elə erməni təxribatları nəticəsində baş verib: “Ermənistanın sosial şəbəkə seqmentində də belə məlumatlar yayılıb ki, Qarabağda qalan separatçı qüvvələrin atdığı hərbi sursatlardan biri qaz kəmərinə toxunub və partlayış baş verib. Yəni, belə məlumatlar da az deyil. Ermənistan istənilən fürsətdən istifadə edərək Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq istəyir. Bu baxımdan, ermənilər “kreativlik” nümayiş etdirirlər. Onlar bir çox hallarda Azərbaycanı, hətta hərbi cinayətkarlıqda da ittiham edirlər. Guya Azərbaycan erməni əsirləri saxlayır və ya Azərbaycanda ermənilərə qarşı nifrət təbliğ edilir və s... Öz səhlənkarlıqları və qeyri-qanuni davranışları ucbatından qazsız qalıblar. Ermənistan və onun havadarları bilməlidirlər ki, regionda sülh və əmin-amanlıq yalnız əməkdaşlıq mühitinin formalaşması fonunda yarana bilər. İddialar, intriqa və təxribatlara son qoyulduğu yerdə alternativ olaraq əməkdaşlıq mühiti formalaşır. Belə olan halda isə, Qarabağdakı qaz problemi və digər məsələlər də həllini tapmış olar".




Paylaş:


Müəllif : Tarix:
24-03-2022, 15:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər