reklam
Regionxeberlericom.az » Sosial » "Azəriqaz” Xankəndindəki ermənilərə təbii qazı Bakıdan ötürəcək, yoxsa?.. - RƏSMİ CAVAB

reklam

"Azəriqaz” Xankəndindəki ermənilərə təbii qazı Bakıdan ötürəcək, yoxsa?.. - RƏSMİ CAVAB


Xəbər verildiyi kimi, dünən –martın 27-də “Azəriqaz” İstehsalat Birliyi(İB) Xankəndinə qaz verilməsi haqda rəsmi açıqlama yayıb.

Əyanilik üçün həmin açıqlamanı bir daha nəzərinizə çatdırırıq:

“Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaqdır”.

Göründüyü kimi “Azəriqaz”ın açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərinə və eləcə də Azərbaycan Respublikasının erməni əhalinin məskunlaşdığı digər ərazilərinə mavi yanacağın hansı istiqamətdən, Bakıdan “SOCAR”ın təmin etdiyi həmin istiqamətlərə yaxın olan qaz kəmərləri, yoxsa son təxminən 30 ildəki kimi Ermənistandan - Rusiyanın “Qazprom” şirkətinin təmin etdiyi və qanunsuz çəkilmiş kəmərlə təmin ediləcəyi aydın olmur. Dia.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Biz hazırda sözügedən ərazidə planlaşdırmadığımız işlər aparırıq. Gözləmədiyimiz bir vəziyyətdə fors-major bir hal yaranıb. Təbii ki, 30 il ərzində heç bir texniki qulluq edilmədiyindən sızmalar baş verməsi, boru xəttlərinin korroziyaya uğraması, mütəmadi qar uçqunlarının korroziyaya uğramış hissələri dağıtması və s. nəticəsində infrastruktura ciddi ziyan dəyib və kəmərlər istismara yararsız hala düşüb. Hal-hazırda isə Azəriqaz” İstehsalat Birliyi fors-major hadisələrin yaratdığı nəticələrin aradan qaldırılmasıyla məşğuldur. Ona görə də sizin verdiyiniz sualların cavabı hələki açıq qalır. Yəni planlaşdırılmamış iş olduğuna görə hansı halda hansı tərəfin nə iş görəcəyini düşünməmişik. Ona görə də bu növbəti mərhələ üçün verilən suallardır. Yaranmış vəziyyətin nəticələri tam aradan qaldırıldıqdan sonra hansı tərəfin üzərinə hansı missiya düşəcəyi artıq növbəti mərhələdə müəyyən ediləcək. Ona görə də hələlik konkret cavab vermək mümkün deyil”.

“Belə çıxır ki, Qarabağ iqtisadi rayonunun ermənilərin məskunlaşdığı hissəsinə təbii qaz hələlik, müvəqqəti olaraq Ermənistandan gələn xətlə veriləcək” sualını isə “Azəriqaz” rəsmisi belə cavablandırıb:

“Hələlik bunu konkret deyə bilmirəm. Dünən – martın 27-də günün sonunda əlaqə saxladığım “Azəriqaz” əməkdaşları çətin hava və relyef şəraiti, bəzi yerlərdə bir neçə metrlik qar laylarının olması ilə əlaqədar texniki qəza baş verən əraziyə qalxa bilmədiklərini bildirdilər. Bu gün isə test olunması planlaşdırılır. Əgər bir problem olmazsa, deyilən məsələlər müzakirə oluna bilər”.




Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 12:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər