Büdcədən maliyyələşən şirkətlərin QİYMƏT OYUNLARI: - "Kommersiya maraqlarından çıxış edə bilməzlər"
“Dövlət şirkətləri bir tərəfdən dövlət büdcəsindən dotasiyalar alırlar, digər tərəfdən isə kommersiya maraqlarını önə çəkərək istehlakçıları bazarın sərt təzyiqi ilə üz-üzə qoyurlar”. Bu sözləri Novruz bayramından bir neçə gün öncə Bakı-Gəncə qatarında gediş haqqının artırılmasına münasibət bildirən iqtisadçı Məhəmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bayram ərəfəsində vətəndaşların bölgələrə səfəri zamanı qiymətlərin artırılması fürsətbazlıq idi:
“Azərbaycan Dəmir Yolları” QSC bir tərəfdən Bakı-Gəncə sürət qatarının hərəkətini bərpa edib, digər tərəfdən isə gediş haqqını artırmaqla sərnişinlərə “bayram sürpriz”i yaşadıb. ADY pandemiya zamanı müştərisiz qalmışdı. Müəyyən mənada zərərlə işləməsini indi vətəndaşların bayram xərcləri hesabına kompensasiya etmək qərarına gəldi. Azərbaycanda təbii inhisarçı şirkətkərlərin ən ciddi problemlərindən biri mal və xidmətlərin tariflərini faizlərlə və mərhələli surətdə deyil, dəfələrlə artırmasıdır. Bu isə xərclər-gəlirlər balansını təmin etməkdən daha çox istismarçı məzmun daşıyır. Dövlət şirkətləri bir tərəfdən dövlət büdcəsindən dotasiyalar alırlar, digər tərəfdən isə kommersiya maraqlarını önə çəkərək istehlakçıları bazarın sərt təzyiqi ilə üz-üzə qoyurlar.
Dövlət şirkətləri rahat infrastrukturun yaranmasına görə tarifləri artırmalı deyil. Çünki həmin infrastruktur layihələri dövlət büdcəsindən investisiya proqramları çərçivəsində maliyyələşdirilir və bu onların xidməti sayəsində mümkün olmur. Eyni zamanda, dövlət şirkətləri ictimai vəsaitlər hesabına maliyyələşmə həyata keçirib kommersiya maraqlarından çıxış edə bilməzlər. Doğrudur, onlar zərərlə çalışmalı deyil. Lakin bu, qiymət artımları ilə də müşahidə olunmamalıdır”.
Qeyd edək ki, Bakı-Gəncə qatarında gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-03-2022, 15:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər