Gəncənin icra başçısı bu suala cavab versə, yaxşıdır... - VİDEO
Gəncədə “bayraqsızlıq” problemi yaşanır. Son illərdə üçrəngli dövlət bayrağımızla rəftarda "Dövlət bayrağı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulmasına şahidlik edirik. İllərdir ki, davam edən süni nöqsanın aradan qaldırılması üçün şəhər rəhbərliyi heç bir tədbirlər görmür, əksinə, şəhər mərkəzindəki əsas Bayraq Meydanının əzəmətli bayraq dirəyi daxil, şəhərdə mövcud digər bayraq dirəklərinin də bayraqsız qalması kimi özbaşınalığa sanki xüsusi maraq göstərilir.
Mövzunu yenidən diqqətə gətirən Demokratik.TV (demokratik.az saytı-red) sakinlərin də fikirlərinə, iradlarına xüsusi yer ayırıb. Şəhərin müxtəlif yerlərində olan bayraq dirəklərində də bayrağın endirilməsi vətəndaşlar tərəfindən sərt şəkildə qınanılıb.
Son illərin müşahidələri göstərir ki, həm bayraq meydanında, eləcə də Gəncə İHB-nin inzibati binasında bayraqsızlıq kimlərinsə şəxsi özfəaliyyəti və ya məsuliyyətsizliyilə birbaşa əlaqəlidir.
Müsahiblərin də fikirləri onu deməyə əsas verir ki, Gəncədə sözügedən problem sabiq icra başçısı Elmar Vəliyevin dönəmində o qədər də qabarmayıb, yalnız Niyazi Bayramovun Gəncəyə rəhbər gəlişindən dərhal sonra üzə çıxıb.
Bəs bu nə ilə bağlıdır?
Demokratik.TV xatırladır ki, 2019-cu ilin sentyabrında Bayraq dirəyində qaldırıcı trosun qırılması baş verib. Yalnız həmin ilin oktyabrında Prezident Administrasiyasının göstərişi ilə Bakıdan Gəncəyə müvafiq texnika və mütəxəssislər cəlb edilməklə texniki nasaqlıqlar aradan qaldırılıb. Qeyri-rəsmi məlumata görə, Bayraq Meydanı dirəyinin trosunun dəyişdirilməsi şəhər təsərrüfatına 35 min manat xərcə başa gəlib. Kran üçün 20 min, bir neçə alpinist üçün isə 15 min manat pul ödənilib. Və bu səbəbə də Niyazi Bayramov bayrağın adi günlərdə deyil, yalnız əlamətdar günlərdə qaldırılmasını məqbul bilib.
Gəncə İHB-dəki mənbədən aldığımız bilgiyə inansaq, Bayraq Meydanı kompleksində dirəyin çılpaq saxlanılmasına səbəb məhz yarana biləcək texniki nasazlıq qorxusu ilə bağlıdır. Yəni, Niyazi Bayramovun özbaşınalıqda marağı ayrıca bir neçə işçisi, hətta direktoru da olan Park Bulvar və ya Bayraq Meydanı kompleksinə ayrılan xərcləri qoruyub saxlamaqdır ki, bu da şəhər rəhbərliyi səviyyəsində sadəcə biabırçılıqdır. Digər yerlərdəki, elə inzibati binanın damındakı dirəklərin də bayraqsız saxlanması isə Niyazi Bayramovun təkcə qənaətçil icra başçısı deyil, həm də bayrağına məsuliyyətsizlik edən məmur olduğunu deyir.
Sözügedən problem təkcə vətəndaşların ayrı-ayrılıqda narazılığı ilə də yekunlaşmır. Eləcə də “Dövlət bayrağı haqqında” və ”Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarının icrasına, tətbiqinə sayğısızlığı ifadə edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımız dövlətin əsas atributudur. Ölkənin ikinci böyük şəhərində dövlət bayrağımıza qarşı belə anlaqsız durumun yaşanmasında, dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti birmənalı olaraq Gəncə Şəhər İcra Hakimiyyəti daşıyır.
Ümid edirik ki, sözügedən nöqsanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görüləcək, Gəncə şəhər rəhbərliyinin bayrağımıza naxoş münasibəti aradan qaldırılacaq!
Paylaş:
Müəllif : Yazar
Tarix:28-03-2022, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər