“Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
“Heç bir məhkəmə sanksiyası, rəsmi xəbərdarlıq olmadan əmlaka dair sənədləri olan mülküm sökülüb”
“Ağsu RİH-i tərəfindən, 2020-ci il 29 aprel və 1 may tarixlərində heç bir məhkəmə sanksiyası, rəsmi xəbərdarlıq və tərəflərin rəsmi razılaşma olmadan əmlaka dair sənədləri olan mülküm sökülüb”. Bunu Bizimyol.info-ya Ağsu şəhəri Qaçaq Nəbi küçəsi 5 saylı evdə yaşayan Cəfərova Nüşabə Əlisa qızı bildirib. Onun sözlərinə görə, Ağsu dolaylarının 150-ci km-də yerləşən 1998-ci ildən mövcud olan obyekt 2002-ci ildən ona məxsusdur.
“Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyat və Şəhərsalma Kadast İdarəsində Qeydiyyat Vəsiqəsi № 38 altında qeydiyyatdadır və tərəfimdən 2002 ci ildə natarial qaydada alğı-satqı müqaviləsi ilə alınıb.
Bütün rəsmi qurumlara müraciət ünvanladım, amma nə fayda. Ağsu RİH-i söküntünün Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirib üzərindən atdı. Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim. Bu məqsədlə Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi, Ağsu RİH-i və ETSN-nə təzminatla bağlı məktub ünvanladım və obyektin əvvəlki vəziyyətə gətiriləsini tələb etdim. 03 iyun 2020 ci tarixli 388 saylı məktubunda Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi obyektin onun göstərişi əsasında söküldüyünü bildirdi. Bütün tərəflərin cavablarını və Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəflə qarşı Şəki inzibati məhkəməsində mülkü iddia qaldırdım. Bundan sonra Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov Ağsu rayon məhkəməsində Qeydiyyat Vəsiqəsi və alğı-satğı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırdı. Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün digər vasitəyə əl atdı. Şəki inzibati məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədi ilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş sərəncama görə məhkəməyə verdi. Ağsu rayon məhkəməsindən isə sərəncamla bağlı iş həll olunana qədər işi təxirə salınmasını tələb etdi. Ağsu Rayon məhkəməsi isə işi təxirə salınması haqqında qərardar çıxardı. Şəki Apeliyyasiya məhkəməsində Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verdim. Məlum oldu ki, qərar düzgün verilməyib və Şəki İnzibati məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və davam etdirilməlidir. Ağsu Rayon məhkəməsi isə işə baxaraq qərar verməlidir. Qərar verildi və Əfqan Qəribovun iddiası təmin edilmədi və alqı-satqı müqavilsi qüvvədə qaldı”.
Şikayətçi bildiri ki, Əfqan Qəribovun qanunsuz əməlləri ilə bağlı birbaşa Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin müdiri Teymur Şəkərəliyevə dəfələrlə müraciət edib, amma hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışıblar.
“Nazir Muxrat Babayevə də müraciət etdim. Nazirin göstərişi əsasında 6 Saylı Ekologiya idarəsindən Nəriman Ciriyev deyilən bir nəfər gəldi. Məndən izahat tələb etdi. Mən də qanunla izahat ala bilmək səlahiyyətli qurumun əməkdaşı olmadığını izah etməyə çalışdım. Anlamadı izahat yazdım. Amma izahatda yazdığım qaldı bir yana, 6 saylı idarənin rəisi Ziya Cəbrayılov Əfqan Qəribovun hərəkətlərini əsaslandıran cavab verdi.
Ağsu rayon məhkəməsinin yekun qərarındn sonra Əfqan Qəribov çıxış yolunu üzərindən atmaqda gördü. Amma ilk dəfə mən sökmüşəm deyə rəsmi cavab verdiyini unutdu.
Normal halda özgə əmlakını qəsdən məhv etmə cinayət sayılır. İnanıram ki, məhkəmələrimiz ədalətli qərar çıxaracaq. Cinayət işinin başlanması üçün xüsusi qərar da çıxaracaq”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2022, 20:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər