Sahil Babayevin QAPISI... - Bu, DÖVLƏTİN QAPISI deyilmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində yenidən struktur islahatları aparılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olunub. Bunun yerinə 14 ərazi üzrə yeni qurum yaradılıb. Yeni qurumlar Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq qurulacaq. Qeyd edək ki, 2020-ci ilin iyul ayında nazir Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum - Ərazi Məşğulluq filialları yaradılmışdı.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin məqsədlərindən biri əhalinin məşğulluq səviyyəsini artırmaqdır. 2022-ci ilin yanvar ayında Azərbaycanda işsizlərin sayı artaraq 315.8 nəfər təşkil edib. DSK-nın məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olub, onlardan 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib. Beləliklə, ölkədə son ayda işsizliyin səviyyəsi 5.952%-dən 5.954%-ə qədər cüzi artım müşahidə edilib. Azərbaycanda işsizlik 2020-ci ilin iyunundan başlayaraq 6%-in üzərinə qalmış, 2021-ci ilin 1 fevralında 7.159% səviyyəsinə qədər qalxsa da, növbəti aylarda azalaraq, 2021-ci ilin dekabrından sonra 6%-in altına düşüb.
Pandemiyadan öncə isə rəsmi olaraq ölkədə işsizlik səviyyəsi 5%-in altında göstərilir. Qeyri-rəsmi rəqəmlərə görə isə işsizlərin sayı daha çoxdur. Belə ki, 2020-ci ildə Azərbaycanda əmək qabiliyyəti olan əhalinin təqribən 30-35%-i ya qeyri-rəsmi çalışır, ya da işsiz olduğu bildirilir.
Məsələn, 2021-ci ildə keçirilən müəllimlərin işə qəbul imtahanında 8 min yerə 62 min nəfər sənəd verib. Bu isə o deməkdir ki, 50 min əlində diplomu olan müəllim var, ancaq işsizdir. Burada isə yalnız bir sahədə işsiz olanların sayı göstərilir.
Ümumilikdə əhalinin işlə təmin edilməsində məşğulluq xidmətlərinin hansı rolu var və ərazi üzrə qurumların sayının azaldılması bu istiqamətdə nəyi dəyişəcək? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, əslində idarəetmənin optimallaşdırılması ilə bağlı bu qərarlar normaldır:
“İzafi xərclər aradan qaldırılmalıdır. Ancaq bu, vətəndaşların müraciəti ilə bağlı problemlərlə müşayiət olunmamalıdır. Əgər mərkəzlərin belə təmərküzləşməsi baş verirsə, müəyyən ixtisarlar olursa, vətəndaşlara rahat şəkildə həmin mərkəzlərə müraciət etmək imkanları da yaradılmalıdır. Dünyada hətta bank hesablarını internet, “skype” üzərindən açmaq praktikası da var. Əgər belədirsə, Azərbaycan hökuməti də çalışmalıdır ki, vətəndaşlara ziyan dəymədən bu addımları həyat keçirsin. Yəni vaxt itkisi olmadan, ziyan dəymədən bunu həyata keçirilə bilər. İKT-nin verdiyi imkanlara görə bunu etmək mümkündür. Ona görə də təmərküzləşmənin olması büdcəyə qənaətin artırılmasına xidmət edəcəksə, yaxşıdır, ancaq vətəndaşların da hüquqları, rahatlığı təmin edilməlidir”.
Ekspertin fikrincə, əslində məşğulluq idarələrinin fəaliyyəti qeyri-effektivdir:
“Hətta məşğulluq idarələrinin iş yerlərinin təminatı ilə bağlı siyasətində kökündən yalnışlıq var. Vətəndaşların işlə təminatında ciddi, hansısa bir rol oynamır. Məşğulluq idarəsinin dünya təcrübəsində əsas fəaliyyəti bizneslə vətəndaş arasında körpü rolunu oynamaqdır. İşçi axtarılarkən bu idarələr körpü rolunu oynamalıdır. Daha bir fəaliyyəti ixtisasını dəyişmək istəyən, iş yeri tapmaqda öz ixtisasına görə problemlər yaşayan insanların dövlət hesabına ixtisasartırma və yaxud ixtisasdəyişmə kurslarına cəlbi əsas istiqamət olmalıdır. Ancaq çox təəssüf ki, məşğulluq idarələri formal xarakter daşıyır. Vətəndaşların işlə təminatında ciddi bir rol oynamırlar. Onlara ayrılan büdcə vəsaitinin qeyri-effektiv xərclənməsinin şahidi oluruq. Bəlkə də onların sayının azaldılması büdcə xərclərinin azaldılması üçün istifadə edilir. Ancaq bu, vətəndaşların da müraciət imkanlarında məhdudiyyətlərin yaranmasına səbəb olmamalıdır”.
Ekspert hesab edir ki, ümumiyyətlə, məşğulluq idarələrinin fəlsəfəsinin, idarəetməsinin, yanaşmasının dəyişməsinə ehtiyac var:
“Onlar biznesi daha yaxından tanımalıdırlar. Bizneslə vətəndaş arasında müəyyən vasitəçi rolunu oynamağa çalışmalıdırlar. Ancaq bu rol, fəaliyyət məşğulluq idarələrində görünmür. Məşğulluq idarələrinin planı var. Onlar da baş idarəyə iş yerləri, vakansiyalarla bağlı məlumat verməlidirlər. Bəzən doğru olmayan, dəqiqləşdirilməmiş məlumatlar ötürməklə sanki kağız üzərində plan doldururlar. Bu da bir daha sübut edir ki, onların işi effektiv təşkil olunmayıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-03-2022, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər