Veteran statusu ilə bağlı ciddi boşluqlar var - Ekspertdən XƏBƏRDARLIQ
Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.
Nazirlikdən bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar.
Eyni zamanda səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olmadığı qeyd olunub.
Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir”, - MN-dən bildirilib.
Bununla yanaşı, bir sıra müharibə iştirakçılarının medallarla təltif olunmasına baxmayaraq veteran statusu ala bilməməsi isə hər kəsi çaş-baş qoyub. Məlumata görə, problemlə bağlı “Şərq”ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, özü də bu barədə onlarla müraciət alıb.
Onun sözlərinə görə, həmin şəxslər səfərbərliyə cəlb olunublar və hərbi biletlərində döyüşlərdə iştirak etmələri ilə bağlı qeydlər var. Əksəriyyəti də medallarla təltif olunublar: “Bir çoxlarının şəxsi işinə yazılıb, bəzilərinin isə əlində hərbi əməliyyatlarda iştirakı ilə bağlı sübutlar var. Amma Müdafiə Nazirliyi medal məsələsindəki kimi, veteranlıq məsələsində də kifayət qədər boşluqlara yer verib. Ən maraqlısı da odur ki, Sərhəd Xidmətindən, Daxili qoşundan və ya digər strukturlardan şikayətlərə rast gəlinmir. Bu tipli müraciətlərin 99 faizi Müdafiə Nazirliyinə aiddir.
Görünür ki, şəxsi heyətin qeydiyyatında problemlər olub. Bəziləri deyir ki, bizim adlarımız Zəfər alt sistemində olduğu halda sonradan silinib və önündə “emal olunur” yazılıb.
Niyə bu iş bir il yarım müddətində emal olunur? Müasir texnologiyaların tətbiq olunduğu dövrdə bir il yarım ərzində emal nə deməkdir? Burada ciddi boşluq var. Müdafiə Nazirliyi bu məsələlərə ciddi yanaşmalıdır və ən qısa müddətdə bu məsələ tamamilə həll olunmalıdır.
80 manat böyük rəqəm deyil, amma bunu bir il yarıma araşdırmaq isə ayıbdır. Adətən insanlar döyüşə daxil olur, fərqlənir və orden və medallarla təltif olunur.
Müdafiə Nazirliyində isə proses tərsinə baş verir. Əvvəlcə insanlar veteranlığa layiq görülür. Sonra isə deyirlər ki, siz döyüşməmisiniz, veteranlığınızı araşdırırıq. Bu, düzgün deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2022, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər