reklam
Regionxeberlericom.az » Sosial » Həbsdəki Vüqar Səfərlinin səhhəti pisləşdi

reklam

Həbsdəki Vüqar Səfərlinin səhhəti pisləşdi


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhəti pisləşib və o Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə köçürülüb.  

V. Səfərlinin vəkili Hikmət Əliyev bildirib ki, onun səhhətində bir çox problemlər yaranıb.

"Bir neçə gün əvvəl Bakı Apeıllyasiya Məhkəməsində keçirilən prosesə də o Müalicə Müəssisəsindən gəlmişdi. Vüqar müəllim qan təzyiqi və digər xəstəlikdən əziyyət çəkir. Səhhətində bir çox problem var. Hazırda müalicəsini müalicə müəssisəsində davam etdirir", - deyə vəkil bildirib.

Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 10:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər