Qeyri-iş günlərinin çox olması ziyanımızadır? - TƏKLİF VAR...
Azərbaycanda qeyri-iş günlərinin sayı 20 gündür. Ölkədə qeyri-iş günlərinin sayının digər ölkələrlə müqayisədə təxminən iki dəfəyədək çox olması isə iqtisadiyyata təsirsiz ötüşmür.
Bəs, nə etmək olar? Dia.az-ın məlumatına görə, insan resursları üzrə mütəxəssis Saleh Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, ölkəmizdə qeyri-iş günlərinin sayının 20 gün, seçki ilində isə 21 gün müəyyənləşməsi yalnız daim fəaliyyətdə olması vacib sektorlarda xərclərin artmasına gətirib çıxarmır, eyni zamanda nəticə olaraq, satış qiymətlərində təsirini göstərir:
"Əmək Məcəlləsinin 105, 106 və 106.1 maddəsinə görə ölkəmizdə illik normada qeyri-iş günlərinin (bayram, hüzn günü də daxil olmaqla) sayı 20 gündən çoxdur. Seçki ili olduqda isə qeyri-iş günlərinin sayına daha 1 gün əlavə olunur".
Mütəxəssis bildirir ki, əmək qanunvericiliyinə görə fəaliyyəti fasiləsiz olaraq həyata keçirilən sahələr var. Həmin sahələrdə işçilərin işləməsi qeyri-qanuni deyil. O bildirir ki, UNESCO-nun araşdırmasına görə, dünyada ortalama qeyri-iş günləri illik 12 gün civarındadır. O vurğulayır ki, çox az ölkələrdə bayram günlərinin sayı Azərbaycanda olduğu qədərdir:
"Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən işçilərin qeyri-işi günlərində işə çıxmasına görə 2 qat əmək haqqı hesablanır, bu da 13-cü maaş deməkdir. Bu proses nəticədə əmək haqqı fonduna ən azı 5-10% arası əlavə xərcin hesablanmasına səbəb olur. Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən işçilərin qeyri-iş günlərində işə cəlb edilməsi hallarının daha çox müşahidə olunduğu sahələr (fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələridir) xidmət və ticarət sektoru olduğundan bu əmək haqqı xərci birbaşa evdə oturan və günlərlə bayram qeyd edən əhalinin cibinə özündən asılı olmadan təsiri açıq şəkildə göstərir. Azad iqtisadiyyatda bayram günlərinin sayının çox olması dolayı yolla istehlakçının cibinə ziyan vurur, malların qiyməti qalxır".
Nəticə olaraq belə qənaətə gəlmək olar ki, bayram günlərində evdə oturduğumuz üçün bir məhsula əvvəlki ilə müqayisədə daha artıq pul xərcləmiş oluruq.
Mütəxəssis iqtisadi təsirləri nəzərə alaraq qeyri-iş günlərinin sayının azaldılmasının tərəfdarıdır. O qeyd edir ki, ölkəmizdə qeyri iş günləri mövzusuna yenidən baxılmalı və bu mövzu təkcə sahibkarların deyil, həm də vətəndaşların xeyrinə olsun deyə tənzimlənməlidir.
Lakin ölkədə 6 günlük iş rejimində də işləyənlər olduğu üçün əhalinin demək olar ki, əksəriyyəti istirahət etmək üçün bayram günlərini səbrsizliklə gözləyir.
Bəlkə də, 4 günlük iş həftəsinə keçməklə, bayram günlərinin sayını azaltmaq və daha effektiv bir yol tapmaq olar?
S.Həsənov bildirir ki dörd günlük iş həftəsi çox effektlidir: "Hətta bir çox ölkələrdə 5 günlük iş rejimi olsa belə, iş saatları 40 saatdan daha az olur. Təxmini desək, iş saatları 16:00-17:00 aralığında bitir. Lakin konkret təkliflər vemrək üçün bu istiqamətdə sosioloji sorğular aparılmalıdır".
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünya standartlaırnda bu vəziyyət necədirsə, Azərbaycanda da bunu tətbiq etmək olar.
Millət vəkili qeyd edir ki, hərtərəfli maraqlar, eyni zamanda da sahibkarın da müəyyən maraqları nəzərə alınmalıdır ki, o işçini işə götürməyə maraqlı olsun:
"İnsanlaırın iş hüququ ilə yanaşı istirahət hüquqları da nəzərə alınmalıdır. Çünki elə yerlər var ki, işçiləri şənbə günləri də işlədirlər. Zərərəli sahələr var ki, orada iş saatları ümumiyyətlə azaldılmalıdır. Restoran, şadlıq evləri, başqa bizneslərdə səhərdən axşam yeddiyədək çalışırlar. Bu işçilərin də istirahət hüququ təmin olunmalıdır. Təbii ki, bütün bunlar üçün konkret tədqiqatlar aparılmalı və bir iş ortaya qoyulmalıdır".
Qeyri-iş günləri ilə bağlı dünyadakı vəziyyətə qısaca nəzər salaq:
Şri-Lankada 25,Hindistan və Qazaxıstanda 21, Kolumbiya, Filippində, Çin və Honq-Konqda 17, Tayland, Türkiyə və Pakistanda 16, Yaponiya, Malayziya, Argentina, İsveçdə 15, İndoneziya, Çili, Slovakiyada 14, Cənubi Koreya, Avstriya, Belçika, Norveç, Tayvan, Nepalda 13, Finlandiyya, Rusiyada 12, Sinqapur, İtaliya, Danimarka, Fransa, Mərakeş, Çexiya və Lüksemburqda isə bu müddət 11 gündür".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-04-2022, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər