reklam
Regionxeberlericom.az » Sosial » Təhməzovların QİDA-MİDA OYUNBAZLIĞI... - Biri canımıza, biri malımıza SUSAYIB...

reklam

Təhməzovların QİDA-MİDA OYUNBAZLIĞI... - Biri canımıza, biri malımıza SUSAYIB...


Məlumdur ki, Sovet dövləti dağılandan sonra, yaranan bütün müstəqil respublikalarda olduğu kimi Azərbaycanda da ciddi mənzil problemi yarandı.

Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev imkansız, az təminatlı insanların mənzil problemini həll etmək üçün Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaratdı. Və Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC yaradıldı. Direktoru da Fərhad Təhməzov oldu.

Geniş oxucu kütləsinə aydın olması üçün qeyd edək ki, digər MTK-lar özləri torpaq sahəsi alır, pulu özləri qoyub bina tikirlər və mənzillər baha başa gəlir.

Ancaq MİDA-ya torpaq sahəsini dövlət verir, vəsait ayırır. Ki, mənzillər tikib ucuz qiymətə imkansız ailələrə satsınlar.

Məsələn, Cənab Prezident MİDA-ya tikinti üçün Yasamalda 20 hektar torpaq sahəsi ayırdı. Hətta ilk açılışda Prezident İlham Əliyev və Birinci Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etdilər.

Bütün bu işlərdə məqsəd az təminatlı insanların mənzillə təminatı idi.

Bu gün mediada MİDA haqqında yazılanlar məcburi köçkünlərdən bəhs edir.

Söhbət məcburi köçkünlərdən getmir. Onların problemi ilə “Qaçqınkom” məşğul olur.

MİDA isə birbaşa sosial evlər layihəsidir.

Ancaq vaxtilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan Fərhad Təhməzov dövlətin ayırdığı pulların hesabına milyonçuya çevrildi. Və yığdığı milyonları qardaşı Qoşqara ( hazırda QİDA-nın rəhbəridir) və Ataş Təhməzova verərək Dubaya qədər uzanan biznes imperiyası yaratdı.

Bu gün MİDA-ya rəhbərlik edən şəxs məhz həmin Fərhad Təhməzovdur.

Uzun illər məcburi köçkünlərin başına açdığı oyunları indi imkansız vətəndaşların başına açır.

Sosial evlər layihəsinə görə, vətəndaşlar müəyyən məbləğ pul ödəyir, mənzil sahibi olur və sonradan qalan pulu hissə-hissə ödəyirlər.

İşin mahiyyəti budur.

Fərhad Təhməzov tikintiyə yatırılan milyonları mənimsədiyi üçün indi çətin duruma düşüb. Və mənzillərin satışında sanki FOKUS-MOKUS göstərir.

Kİ, mənimsənilən pulları bərpa etmək üçün mənzilləri kasıb təbəqəyə deyil, imkanlı məmurlara satsın ki, vəziyyətdən çıxa bilsin.

Məsələnin mahiyyəti budur.

Ona görə də, mənzillərin satışını online qaydada həyata keçirmək və qanunsuzluqlarını gizlətmək istəyir.

Bir daha təkrar edirik ki, bu mənzillər varlı məmurlar üçün deyil, məhz kasıb təbəqə üçün nəzərdə tutulub.

Fərhad Təhməzovun mənzil oyununa daxil olmaq üçün vətəndaşlar nə qədər çalışsalar da sayta daxil ola bilməyiblər.

Təsəvvür edirsiniz, Fərhad Təhməzov 4-5 saniyədə MİDA-nın 500 evini satıb və oyun dayanıb. Və evlər qurtarıb.

Ümumiyətlə, bu oyunda xüsusi adamlar var ki, onlar evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq evləri istənilən adam üçün "tuta" bilir. Yəni konkret desək, hakerlər. Bu adamları çox vaxt maklerlər tutur, evləri alıb bahasına satırlar.

Yəni sözün qısası, 500 evi alanlar hamısı imkanlı, 5-6 yerdə evi olan oliqarxlardır.

Yuxarıda qeyd etdik ki, vətəndaşların çoxu online auiksiona qoşula bilməyib.

Qoşulanlar isə deyir ki, 7-8 saniyədən sonra pəncərə bağlandı və “parametrlər üzrə mənzil tapılmadı” qeydi ortaya çıxdı.

Vətəndaş deyir ki, hansı ki, parametrləri çox geniş seçmişdik.

Onda ortaya sual çıxır ki, Fərhad Təhməzovun keçirdiyi fokus-mokus oyunu necə qanuni sayıla bilər..?

İkincisi, vətəndaş 5-6 saniyəyə necə daxil olub əməliyyat keçirə və nəticə əldə edə bilərdi..?

Hətta yüksək kompüter vərdişləri olan şəxs də 5-6 saniyyəyə bunu bacara bilməzdi.

Deməli, baş verən online hərrac fırıldaçılıqdan başqa bir şey deyil.

Görəsən “MİDA”-nın direktoru Fərhad Təhməzov nə üçün bu hərracı şəffaf şəkildə keçirmir..?

Qoy hər kəs görsün ki, proses ədalətlidir və heç kim də narazı qalmasın.

Görəsən, bütün bu maxinasiyalara Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri cənab Sadiq Sadıqov nə üçün münasibət bildirmir..?

Sanki belə bir adam yoxdur.

Sadıq Sadıqovdan soruşuruq ki, bilirsənmi, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilməli olan layihədən söhbət gedir.

Əgər cənab Prezident Fərhad Təhməzovun bu maxinasiyalarından xəbər tutarsa, yəqin ki, dəmir yumruq işə düşəcək.

Yazıda müxtəlif saytların materiallarından istifadə edilib.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 15:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər