reklam
Regionxeberlericom.az » Sosial » Gecə klublarına yaşa görə girişi qadağan edən QANUN niyə GECİKİR? – Maraqlı TƏZAD

reklam

Gecə klublarına yaşa görə girişi qadağan edən QANUN niyə GECİKİR? – Maraqlı TƏZAD


Bakının mərkəzində baş verən məlum partlayışda təhlükəsizlik qaydalarının qorunmaması və bəzi hüquqa zidd addımların atılması ciddi müzakirə olunur.

Gecə klubunda partlayışdan yaralananlar arasında 2009-cu il təvəllüdlü şəxsin olduğu barədə məlumatın yayılması isə olay qədər rezonans doğurub. 13 yaşlı yeniyetmənin gecə klubuna necə və kim tərəfindən buraxılması, yaş məhdudiyyətinin gözlənilməməsi bu məsələnin qanunvericilikdə necə yer almasını gündəmə gətirib. Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi ilə bağlı nizamnaməyə rast gəlmədiyini bildirib:

“Bu günə qədər belə bir sənəd və ya nizamnamə ilə tanış deyiləm. 18 yaşdan aşağı olanların gecə klublarına, distoteka və barlara girişi ilə bağlı qadağa qanunvericiliyə salınmayıb. Sadəcə dünyagörüşümüzə görə belədir.

Xüsusilə Azərbaycanda fəaliyyət göstərən gecə klub və barların nizamnaməsi ilə bağlı heç bir normativ sənəd yoxdur.

Ora kimlər gələ bilər, hansı içkilər verilə bilər, bu məkanların neçə saat işləməsi və şəraiti barədə müddəalar yer almalıdır.

Ola bilsin ki, sözügedən məkanların fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin nizamnaməsi var. Amma indiyədək bu açıqlanmayıb. Azərbaycanda isə bir qayda olaraq hansısa xoşagəlməz olay yaşananda, neqativlər üzə çıxır.

İstənilən halda mən Azərbaycanda 18 yaşı tamam olmayan gənclərin, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirakını qadağan edən qanuna rast gəlməmişəm”.

Vəkilin sözlərinə görə bir çox ölkələrdəki normativ aktlarda 18 yaşı tamam olmamışlar üçün məhdudiyyətlər var:

“Hətta bu məhdudiyyətlərdə alkoqollu içkilərin tündlüyü məsələsi də əsas rol oynayır. 12, 40 və 60 dərəcəlik içkilərlə bağlı xüsusi təlimatlar verilir. Məsələn, Avropada bəzi gecə klublarında tündlüyü 15 dərəcədən yuxarı olan içkilərdən istifadə qadağan olunub. Hollandiyada gecə barlarında yüngül narkotiklərin qəbuluna icazə verilir. Digər ölkələrdə isə bu, qadağandır. Hər ölkə əhalisinin dünyagörüşünə, davranışına, istəyinə uyğun qadağa və icazələr tətbiq edir. Məsələn ABŞ-ın bəzi ştatlarında 21 yaşdan aşağı olan şəxslərə içki olmaz.

Hətta gecə barlarında da olanda onlara içki satılmır. Çünki orada həddi-buluğa çatma 21 yaşdan götürülür. Azərbaycanda həddi-buluğa çatma yaşı 18-dir və yalnız bu yaş üstü olanlara müəyyən məhdudiyyətlər nəzərdə tutulur”.

Xatırladaq ki, illərdir ki, Azərbaycanda 18 yaşı tamam olmamış gənclərin bar, diskoteka və gecə klublarında iştirakına məhdudiyyət qoyulması ilə bağlı qanun layihəsinin qəbulu təklif olunur. Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı gündəmə gələn bu məsələ hələki qanuniləşməyib.




Paylaş:


Müəllif : Tarix:
4-04-2022, 15:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər