"20 ildən artıq qüsursuz hərbi xidmət keçmişəm..." - Vətən müharibəsi iştirakçısı GİLEY EDİR
Astara şəhərində yaşayan Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Rəşad Həsənov ölkər rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edib. Daxil olan müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident! Məlumat üçün bildirirəm ki, 1994-2016-cı illər ərzində Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuşam. 06.01. 2016-cı il tarixində Müdafiə Nazirinin müvafiq əmri ilə səhhətimdə yaranan problemlərimi bildirirək “öz arzumla əsasən” ehtiyata buraxılmışam. Lakin, müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkməyimə baxmayaraq Vətən müharibəsində iştirak etdim və Qubadlı uğrunda gedən döyülərdə mərmi partlayışı nəticəsində xəsarət aldım.Xidmətim dövrümdə 10 medalla təltif olunmuşam, mühaibə vetranıyam, ehiyatda olan polkovnikəm.
Bildiyiniz kimi, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Sizin Fərmanınıza əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.
2013-cü ildən etibarən həmin Fərmana əsasən adım dövlət hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Lakin, Müdafiə Nazirliyinin Mənzil komissiyasının sədri general-mayor Rasim Babayev və Maliyyə Nazirliyinin mənzil komissiyasının katibi Etibar Kərimov siyahının tərtibi zamanı Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının 3-cü bəndinə diqqət yetirmədikləri üçün və ya həmin bəndi oxumadıqlarına görə mənim 22 illik qüsursuz xidmətimi, uzun illər döyüş bölgəsində xidmətimi,Vətən müharibəsində iştirakımı,müharibədə xəsarət almağımı və acınacaqlı mənzil şəraitində (Astara şəhərində yerləşən binanın dam örtüyü bərdab vəziyyətdə olduğu üçün İlaxır Çərşənbə ilə Novruz bayramını mənzilimə yağan yağışı seyr edərək qeyd etmişəm) nəzərə almadan siyahıda adımı 864-cü kimi yazmışlar. Həmin şəxslər öz əməllərindən nəticə çıxartmaq əvəzinə məni yalançı çıxartmaq üçün müxtəlif bəhanələr gətirməkdən də çəkinmirlər.
Belə ki, adı çəkilən Fərmanda ilk növbədə mənzillə təmin edilmək üçün bütün kriteriyalara cavab veririəm:
20 ildən artıq qüsursuz hərbi xidmət keçmişəm;
uzun müddət döyüş bölgəsində xidmət etmişəm;
Vətən müharibəsində iştirak etmişəm və döyüşlərdə xəsarət almışam;
polkovnik hərbi rütbəsindəyəm;
ailə üzvlərinin sayı -mənimlə birlikdə 4 nəfərik;
hərbi şəhərcikdə bərbad vəziyyətdə olan mənzildə yaşayıram.
Belə olduğu təqdirdə ilk növbədə mənzillə təmin olunmalıyam.Lakin, Maliyyə və Müdafiə nazirlikləri mənzil bölgüsündə ədalətsizliyə yol verərək məni rəzil şəraitdə yaşamağa məhkum ediblər.
2020-ci ilin noyabr ayından sonra 2021-ci ilin noyabr ayında komissiya tərəfindən qərar qəbul edilərək 82 nəfər hərbi qulluqçuya Yasamalda (onların arasında mənimlə eyni ildə yəni 1994-cü ildə xidmətə qəbul edilənlərdə var idi) dövlət vəsaiti hesabına mənzillər təqdim edilməsinə baxmayaraq mənə müəəmmalı şəkildə bu günədək mənzil verilməmişdir. General Rasim Babayev mənimlə danışan zaman sözündən belə çıxdı ki, mənim adımın siyahıdan çıxarılmağıma səbəb general-leytenant Nizam Osmanovun tapşırığı ilə olmuşdur. Halbuki, mən həmin ərazidə mənzillə təmin olunmağıma dair razılıq ərizəsi yazmışdım. Artıq qeyd etdiyim kimi, Maliyyə və Müdafiə nazirlikləri məni get-gələ salıblar və günahı bir-birinin üstünə atırlar.
Ən dəhşətlisi isə odur ki, Sizin fərmanınızda qeyd olunun kriteriyalara cavab verməyən, bəlli vəzifəli şəxslərin qohumlarına və yaxınlarına Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzillər verildiyi halda, amma mən bayramları evimə yağış-yağa qeyd etmişəm.Axı Sizin hərətəfli diqqət və qayğınızla əhatə olunduğumuz halda niyə general-mayor Rasim Babayev və Etibar Kərimov Qalib Ordunun polkovnikini övladlaarının yanında utancaq vəziyyətdə yaşatmalıdır.
Yuxarıda sadalananaları, Sizin hər zaman olduğu kimi diqqət və qayğınızı göstərəcəyinizi nəzərə alaraq mənzil təminatı məsələsində Maliyyə və Müdafiə nazirliklərinin süründürməçiliyinə son qoyulmasında, mənim mənzillə təmin olunmağımda köməklik göstərməyinizi xahiş edirəm.
İnanırım ki, Sizin müdaxilənizdən sonra məsələ müsbət şəkildə həll olunacaqdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2022, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər