reklam
Regionxeberlericom.az » Sosial » Külək bu məktəbin damını 10 ildə 3 dəfə UÇURUB - İcazə verin, şübhələnək...

reklam

Külək bu məktəbin damını 10 ildə 3 dəfə UÇURUB - İcazə verin, şübhələnək...


Hər güclü küləkdə Bakıdakı məktəblərdən birinin dam örtüyü uçur.

Xəbər verildiyi kimi ötən gün güclü külək səbəbindən Xırdalan şəhər 9 nömrəli və Suraxanı rayonu 278 nömrəli məktəblərin dam örtükləri qopub. Xoşbəxtlikdən hadisə dərs zamanı baş verdiyindən xəsarət alan olmayıb. Bizim.Media-nın apardığı araşdırmadan belə məlum olub ki, əvvəlki illərdə də dəfələrlə 278 nömrəli məktəbin dam örtüyünü külək zədələyib, uçurub.

Hər dəfə də məktəbin zədələnən və qopan damı təmir olunub. Amma necə təmir olunubsa...

278 nömrəli məktəb sonuncu dəfə 2008-ci ildə əsaslı təmir olunub. Elə dam örtüyü də həmin ildə yenilənib. Amma son 10 ildə sözügedən məktəbin dam örtüyü müxtəlif vaxtlarda külək səbəbindən 3 dəfə uçub. İlk belə hadisə 2010-cu il aprelin 19-da yaşanıb. O dövrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri olmuş Zəminə Əliqızı bu barədə məlumat vermişdi. İkinci belə hadisə 2018-ci ildə, sonuncusu isə ötən gün baş verib.

Görünən odur ki, hər dəfə məktəbin təmir işləri başdansovdu həyata keçirilib və hər güclü küləkdən sonra dam örtüyü qopub. Filmdə deyildiyi kimi, bir növ adətkar olub...

Nəticə etibarilə aidiyyəti qurumların nəzarətsizliyi və məsuliyyətsizliyi ucbatından insanların həyatı təhlükəyə atılır , baş verən hər hadisəyə məsuliyyətsizlik edilir...




Paylaş:


Müəllif : Tarix:
6-04-2022, 09:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər