Məktəblərdə narkotik satılır? - Ajiotaj yaradan xəbərə iki nazirlikdən reaksiya
“Son illər yetkinlik yaşına çatmayanlar arasında narkotikdən istifadə halları artıb”.
Bu sözləriəhsil eksperti Kamran Əsədov deyib. Ötən gün AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan deputat Fazil Mustafa da 8-9-cu sinifdə oxuyan qızların narkotik vasitə aludəçisinə çevrildiyini, məktəblərin bunu ört-basdır etdiyini bildirib. Kamran Əsədovun sözlərinə görə, məktəblərdə nəzarət mexanizmi çox aşağı səviyyədədir:
“Çox təəssüf ki, son illər bizdə yetkinlik yaşına çatmayanlar arasında narkotikdən istifadə halları müşahidə edilir. Nə qədər xoşagəlməz olsa, belə bu hallar var və ciddi şəkildə müzakirə aparılır. Düşünürəm ki, burada faktları inkar etmək yanlış olardı. Orta ümumtəhsil məktəblərimizdə bu kimi hallara rast gələ bilərik. Bu, onu göstərir ki, nəzarət mexanizmi çox aşağı səviyyədədir”.
Təhsil eksperti və deputatın açıqlaması cəmiyyət arasında müzakirə yaradıb. Bu fikirlərin AzTV- nin efirindən səsləndirilməsi isə ekspertlərin fikrincə məsələnin ciddi oldugundan xəbər verir . Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, quruma belə məlumatın daxil olmayıb:
“Həmin insanlardan soruşun, bilək ki, bu məlumat onlarda haradandır? Hansı bölgədə qeydə alınıb? Əgər onlar yerlərini bilirlərsə, desinlər, araşdıraq”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə iddialardan məlumatlı olduqlarını, həmin məlumatlar üzrə müvafiq araşdırmanın aparıldığını deyib:
“Diqqətə çatdırım ki, indiyədək orta ümumtəhsil müəssisələrində şagirdlərin narkotik, yaxud psixotrop dərmanlardan istifadə etməsi ilə bağlı polis orqanları, aidiyyəti üzrə digər hüquq- mühafizə orqanlarına hər hansı məlumat daxil olmayıb. Fakt, dəlil olmadıqda, iddialar ətrafında manipulyasiya etmək və bunun şərh olunması doğru deyil. Əgər kimdəsə hansısa formada fakt varsa, bu aidiyyəti üzrə hüquq- mühafizə orqanlarına təqdim oluna bilər. Buna görə müvafiq araşdırmaların aparılması təmin olunacaq. Bütün hallarda təhsil məsələləri, şagirlərlər, müəllimlərin fəaliyyəti, ölkənin gələcəyi ilə bağlı olan fikirləri səsləndirərkən diqqətli və məsuliyyətli olmalıyıq. Faktsız bu ifadələrin işlədilməsini doğru hesab etmirəm. Vətəndaşlıq nümunəsi göstərərək hər şeyi bizə təqdim edə bilərlər”.
DİN rəsmisi sosial şəbəkələrdə bu kimi məlumatlarla manipulyasiya edən mənbələrin əsasən xaricdən idarə olunan narkokuryerlər, narkotacirlər olduğunu deyib:
“Belə hallar bu kimi şəxslər tərəfindən sosial şəbəkə seqmentinə atılmış iddialardır. Bu iddiaların hər biri yoxlanılır və məsələnin araşdırılması istiqamətində gəlinən ümumi qənaət var. Yəni mənbələrin kökünün manipulyativ xarakter daşımaqla xaricdən idarə olunduğu təsdiqini tapıb. Azərbaycanda şagirdin, müəllimin nüfuzunun zədələnməsinə hesablanan addımlardır. Bütün bunları izləyərkən, təhlil edərkən məsuliyyətli olmalıyıq. Müəllimlərə, valideynlərə deyirəm ki, əgər əlinizdə hansısa fakt varsa, bizə təqdim edin. Çünki təsdiqlənəcəyi təqdirdə bu faktın arxasında şübhəli şəxs ola bilər. Həmin şəxsin tutularaq, istintaqa cəlb olunması hüquq mühafizə orqanlarının təməl vəzifələri sırasındadır. Valideynlər övladlarının davranışlarında qeyri- adekvat hal müşahidə etdikdə, bununla bağlı mütəxəssislərə, polis orqanlarına müraciət etsinlər. Uşağın davranışında belə hal varsa, deməli, kənar şəxsin onun üzərində təsiri var. Kənar təsirlərdən biri narkotik, spirtli içkidir. Xahiş edirik, bu hallar varsa, bizə bildirsinlər və müvafiq araşdırma aparaq. Heç bir valideyn düşünməsin ki, mənim övladım bunu etməz. Bu arxayınlıq heç bir valideyndə olmamalıdır, övladlarımız üzərində nəzarəti artımalıyıq. Hər gün onların fəaliyyətinə, dərsə dəvamiyyətinə ciddi fikir verməliyik”.
Polis mayoru Elşad Hacıyev belə hadisələrin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarla əlaqəli işlədiyini diqqətə çatdırıb:
“DİN -nin Təhsil Nazirliyi, rayon polisi və ərazi polis orqanları ilə birgə məktəblərdə işin apaılması ilə bağlı müvafiq təlimatları var. Həmin təlimatlara uyğun olaraq qarşılıqlı əlaqələrin yaranması diqqət mərkəzində saxlanılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-04-2022, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər