Lənkəranda körpənin qidasını yemək HALALDIR? - Yox, əgər haramdırsa...
Məlumdur ki, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Yəni obrazlı desək körpə balalar düz 10 il bağça müdirlərinin əsarəti altında olub.
Məlumdur ki, uşaq bağçalarının əksəriyyəti dövlət bağçasıdır. Amma əslində bu bağçaların adı DÖVLƏT bağçası idi. Bu bağçalar həqiqətdə bağça müdirlərinin “yem yeri” idi.
Bu uşaq bağçaları yerli icra hakimiyyətlərinin balansında olsa da, idarəçilik tam bağça müdirlərinin əlində idi
Təsəvvür edirsiniz, dövlətin maliyyələşdirdiyi, adı DÖVLƏT bağçası olan quruma körpələrin qəbulu pullu idi. Əgər valideyn pul verməsə, boş yer yoxdur bəhanəsi ilə imtina edirdilər.
Sonra DÖVLƏT bağçasında ayrıca xüsusi pullu şəxslərin uşaqları üçün qrup yaratmışdırlar. Bağçalarda bağça müdirləri dövlətin uşaqlara ayırdığı qidaları, ərzaq məhsullarını basıb yeyirdilər, müxtəlif obyektlərdə satdırıb pul qazanırdılar.
Bütün bu səbəblərdən ötən il cənab Prezident dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə sərəncam imzaladı.
Və cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində köklü dəyişikliklər olacağına inam yaratdı, hamı düşündü ki, körpə balaların canı ərzaq oğrularından qurtaracaq, uşaqlar normal qidalanacaq. Amma…
Əmması odur ki, son günlər sosial şəbəkələrdə bağçalarla bağlı yayılan videolar göstərir ki, hələ də bəzi bağça müdirləri körpələrin payını yeməkdə, satmaqda davam edirlər.
Söhbət Lənkəran rayonundakı Boladi kənd körpələr evi-uşaq bağçasının müdirəsi Abdullayeva Xatun Naib qızının əməllərindən gedir.
Son bir neçə gündə müxtəlif sosial şəbəkələrdə Lənkəran rayonunun Boladi kənd bağçasının müdiri Xatun Abdullayevanın uşaqlar üçün nəzərdə tutulan qida və ərzaq məhsullarını öz yaşadığı evin həyətinə boşaltması ilə bağlı yayılan video görüntülər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Video kadrlardan aydın şəkildə görünür ki, Xatun Abdullayeva ərinin maşınını ərzaq deposunda doldurduqdan sonra onu bağçaya deyil, birbaşa Lənkəran şəhərində yerləşən şəxsi evinə boşaldır. Bu işdə ona həyat yoldaşı, vaxtılə Milli Məclisin sədr müavini Ziyafət Əsgərəvoun köməkçisi olmuş Cəfər adlı şəxs və oğlu da canfəşanlıqla kömək etməklə, eyni cinayət məsuliyyətini bölüşürlər. Görüntüləri sosial şəbəkələrdə paylaşan valideynlərin bildirdiyinə görə, Xatun Abdullayeva hər dəfə dövlət bağçası üçün nəzərdə tutulan ərzağın cəmi 15-20 faizini bağçaya gətirsə də, yerdə qalan ərzağın müxtəlif vasitələrlə satışını təmin etməklə hər ay 6-8 min manat arasında qeyri-qanuni gəlir əldə edir.
Xatun Abdullayevanın özbaşınalığı və saymazlığı o həddə çatıb ki, o, ərzaq dolu maşını həyətin içinə belə salmağı düşünmür, hətta ətrafındakılara “heç kim mənə bir şey edə bilməz”, “yaxşı edirəm, kimə nə bundan?” kimi ultimativ cümlələr söyləməkdən belə çəkinmir. Görən, kimdir oğru müdiri himayə edən? Onun dövlətin qanunlarına meydan oxumasının arxasında kim dayanır? Qeyd edək ki, Xatun Abdullayevanın körpə uşaqların boğazından kəsərək oğurladıqlarıyla bağlı yayılan video fakta hələ də Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbəri Ülviyyə Əliyeva, Təhsil Nazirliyi və hüquq mühafizə orqanları lazımı reaksiyanı verməmiş, heç bir qanuni addım atmamışdır. Haqlı olaraq sual yaranır, Təhsil Şöbəsinin rəhbərini bağça müdirəsinin cinayətinə hansı maraqlar ortaq edir? Niyə məsələyə hələ də lazımi qiymət verilmir? “Gündəlik Bakı” yuxarıda sözügedən video görüntülərin anbaan çəkilişini əldə edib və ictimai müzakirəyə səbəb olan görüntüləri təqdim edirik.
Biz heç kimə ölüm arzulayacaq dərəcədə zəif şəxslər deyilik.
Amma görəsən körpə, fidan balaların qidasını oğurlayıb satanlar, yaxud öz balasına yedirənlər ölüb yerə girmir..?
Hətta oğurluq qidaları alanlar da eyni məsuliyyəti daşıyır.
Axı, körpə uşaqları bağçada ac saxlayıb onların qidalarını satmaq ən axırıncı yoldur. Qoy bu yola düşənlər Allah və qanun qarşısında cavab versinlər.
Həm də söhbət gələcək nəslin sağlamlığından gedir, ey nadanlar. Biz isə istər həmin bağçanın müdirəsi Xatun Abdullayevaya, istər onun həyat yoldaşı olan şəxsə, istərsə də bu cinayət əməlini törədərək övladlarını bu işə cəlb edən həmin ər-arvada demək istəyirik ki, heç utanırsınız, heç ölüb yerə girirsiniz, adam övladını da bu cinayət işinə sövq edər? Qulaqlarını aç yaxşı-yaxşı eşit, biz bu məsələni siz həbs olunana qədər gündəmdə saxlayacağıq. Heç ağlından belə keçirmə ki, kiməsə xahiş etdirəsən. Sənin xahişini edənlərin də sənin cinayət əməllərinə şərik olduğunu biləcəyik. Ona görə də biz tərəflərdə belə bir deyim var: "Oğurluqla tələskənliyin ömrü 40 gün olur", cənablar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2022, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər