Azərbaycana yenə təhlükə gəlir? - AÇIQLAMA
Koronavirus 2019-cu ilin dekabrından Çindən dünyaya yayılıb.
İki ildir dünyanı ağuşuna alan koronavirus pandemiyası bitmək üzrədir. Bir sıra ölkələr epidemioloji vəziyyətin müsbət istiqamətdə dəyişdiyini nəzərə alaraq, pandemiya məhdudiyyətlərini ləğv etdiyi vaxtda Çində yoluxma sayı yenidən artmaqdadır. Belə ki, ölkədə pandemiya başlayandan bəri COVID-19-a yoluxma sayında rekord olub. regionxeberlericom.az cebhe.info-ya istinadla xəbər verir ki, son sutkada Çində 29 411 koronavirusa yoluxma qeydə alınıb. Bu da pandemiyanın başlanğıcından bəri rekord deməkdir.
Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin məlumatına görə, COVID-19-a yoluxan 3 020 nədərdən 21-i xaricdən gəlib. Qalan 2 999 nəfər isə ölkədə daxilində yoluxub. Gün ərzində ən çox yoluxma Şanxayda (2573) və şimal-şərqdəki Jilin əyalətində (325) qeydə alınıb.
Çində yoluxma sayının artması infeksiyanın yenidən dünya ölkələrinə yayılması məsələsini gündəm mövzusu edib. İnsanlar yaxın tarixin təkrarlanmasının mümkün olduğunu düşünürlər.
Azərbaycan bunun üçün hansı addımları atıb? Hazırda Çinlə gediş-gəliş varmı?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski hazırda Çinə birbaşa reyslərin olmadığını bildirib:
“Pandemiyadan əvvəl Çinə birbaşa reyslər var idi. Pandemiya səbəbindən ləğv olundu”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2022, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər