reklam
Regionxeberlericom.az » Sosial » “O deputata tekila içməyi mən öyrətmişəm” - QALMAQAL

reklam

“O deputata tekila içməyi mən öyrətmişəm” - QALMAQAL


“Millət vəkili Etibar Əliyevin siyasi mədəniyyət və sağlam zəka bir yana dursun, adi məntiqdən belə məhrum müsahibəsi şəxsi nüfuzuma və ləyaqətimə yönəlsəydi, məsələnin üstündən sükutla keçərdim”. “Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Qan Turalı millət vəkili Etibar Əliyevin onun haqqında səsləndirdiyi fikirlərə cavab verərkən deyib.

Xatırladaq ki, E. Əliyev Yenisabahaz-a müsahibəsində yazıçı haqda bu ifadələri işlətmişdi: “İndi Qan Turalı yazır belə. Bilirsiniz, mən onu dostluqdan çıxarmışam deyə o, belə yazır. Bir dəfə mənim yazımın altında mənasız bir ifadə işlətmişdi. Mən də dedim ki, Qan Turalını ona görə dostluqdan çıxardım ki, adını yazıçı qoyub, amma yumoru yoxdur.

Sözün düzü, mən onun əsərlərini oxumamışam. Yazıçının yumor hissi yoxdursa, o, gərək, yazıçılıqdan imtina etsin. Yumor hissi və yumor zəkası olmadığına görə, mən onu dostluqdan çıxarmışam. Yəqin ki, o, bunun heyfini çıxır...”

Qan Turalı qeyd edib ki, Etibar Əliyev 5 apreldə “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişikliklərlə bağlı çıxış edib və həmin çıxışı “Allah xalqın dərdini sənə versin, sənin dərdini də xalqa…” qeydi ilə düz 9 gün sonra paylaşmışam. “Millət vəkili millətin dərdinin böyük olduğuna görə bu qədər qorxur yoxsa çıxışının ancaq mən paylaşdıqdan sonra ictimaiyyətin diqqətini cəlb etdiyindənmi?

Mənim və mənimlə həmrəy olanların ünvanına “gerizəkalılar” sözünü işlədir ki, bu təyinatın kimin anadangəlmə xal kimi alnına yapışacağı növbəti hissədə Oğuz elinə gün kimi aydın olacaqdır. Və biz buna görə belə bir təhqirə məruz qalırıq ki, sən demə araq ziyandır, ancaq reklamlarda onun müsbət tərəfləri göstərilir”.

Qan Turalı daha sonra fikirlərini belə davam etdirib: “Mənim ünvanıma deyir ki, guya o məni dostluqdan silib və o səbəbdən ki, mənim yumor hissim yox imiş.

İnsanları güldürmək başqa şeydir, insanları özümə güldürmək başqa. Etibar Əliyev ikincini çox gözəl bacarır. Statuslarını “like” etməyənləri dostluqdan çıxarmaq bəs nədir?

Mənə qarşı qəzəbli olmasının səbəbi isə mənim onun mandat aldığı seçkini “Nənə öpülməsi” adıyla dilə-dişə salmağım idi. Bu ifadənin nə qədər məşhurlaşmasını hər kəs yaxşı xatırlayır. Söhbət İTV-də Lyubanın “Nənələr” mahnısına qədər gedib çıxmışdı. Bəs sən, Etibar, sən kimə mehman olmuşdun, harada fərəc tapmışdın?

Ən kədərlisi bilirsinizmi nədir? Etibar Əliyevə tekila içməyi mən öyrətmişəm. Bu xatirə hərdən ürəyimi elə dalayır ki…

Düzdür, yaxşı öyrənmədi, süfrədə hamı araq içirdi, bircə mən tekila. Etibar müəllim isə arağı vurub rumkanı yerə qoyur, tekila ilə zakuska eləyirdi. İlk dərs üçün qeyri-qənaətbəxş nəticə idi…

Deputatlığı da belədir…”.




Paylaş:


Müəllif : Tarix:
18-04-2022, 10:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər