reklam
Regionxeberlericom.az » Sosial » Sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılarsa, nə baş verər? - AKTUAL

reklam

Sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılarsa, nə baş verər? - AKTUAL















İnternet günümüzün vazkeçilməz nəsnəsidir. Bir çoxumuz onsuz nə iş görə, nə yata, nə dincələ bilirik. Əlbəttə ki, bu, çoxumuz üçün belədir. İnternetdən tamamilə uzaq, lap 50-60 il əvvəlki kimi yaşayanlar da var. Lakin onlarla müqayisədə internetin bütün imkanlarından istifadə etməyə çalışan, onu pul qazanmaq üçün vasitəyə çevirənlər daha çoxdur. Həmin insanların çoxluğunu göstərən ən bariz nümunələr də sosial şəbəkələrdir.

Virtual platformalar milyonlarla insanı bir yerdə cəmləşdirərək onlara bir çox imkanlar təqdim edir. Bu təqdimata sadə ünsiyyətdən tutmuş geniş müzakirələr, fikir, əmtəə mübadiləsi və s. daxildir. Yəqin ki, mübaliğəsiz deyə bilərik: sosial şəbəkədə bacarığı olan nəyi satmaq istəsə, sata, rahatlıqla valyutaya çevirə bilər.

Bəli, günümüzün influencer, blogerləri bu işi ən yaxşı bacaran şəxslərdir. Onlar arasında işini bu istiqamətdə qurmuş və ya qurmaqda olan, virtual biznes yaradanları olduqca çoxdur. Neyləmək olar, bu, bir reallıqdır. Qanunla qadağan edilmir, cəmiyyətlər tərəfindən qınaqla qarşılanmır. "Bacarana baş qurban" deyərək kim bacarırsa, qazanır.

Bəs bir gün sosial şəbəkələr olmasa? Onda necə olar? Bu barədə kənardan konkret fikir səsləndirmək çətin olsa da, bu günlərdə Rusiyada sosial şəbəkələrin ard-arda məhdudlaşdırılması müəyyən təsəvvür yaratmağımıza sanki kömək oldu. İşini sosial şəbəkələr üzərindən quran şəxslərin etiraz səsini eşitdik, nigaranlıqlarını duyduq. Onlar arasında müflis olduğunu deyərək, izləyiciləri qarşısında göz yaşını sel kimi axıdanları da az olmadı. Çünki vəziyyət ağırdır, özləri, eləcə də komanda üzvləri işsiz qalıb - iş yerləri bağlanıb. Dia.az-ın məlumatına görə, AYNA-nın həmsöhbəti youtuber Bahadur Seyidov da deyib ki, bu gün sosial şəbəkələr həm də insanların iş yerlərinə çevrilib: "Təkcə blogerlər deyil, eləcə də digər işlərdə çalışan insanların bir çoxu bu gün öz əlaqələrini sosial şəbəkələr üzərindən qurub. Blogerlər isə demək olar ki, qazanclarını sosial şəbəkədən çıxarırlar. Özümdən misal çəkim. Mən 2018-ci ilə qədər müxtəlif media orqanlarında, müxbir, redaktor, baş redaktor vəzifələrində çalışmışam. Amma 2018-ci ildən bu yana sırf sosial şəbəkələrdə iş fəaliyyətini əhatə edən "De Media" şirkətini qurmuşam. Şirkətimdə 10 nəfər rəsmi çalışan əməkdaş var - iki operator, iki montajçı, SMM, səs rejisoru və s. Şirkətin bütün qazancı isə sosial şəbəkələrdən gələn reklam gəlirləri əsasında formalaşır".

"Sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılarsa, nə baş verər? Bu, sizin fəaliyyətinizə necə təsir edər?" suallarını cavablandıran həmsöhbətimiz bunun yalnız blogerlərin, youtuberlərin deyil, eləcə də onların komandasında çalışan insanların fəaliyyətinin məhdudlaşdırılması, işsiz qalması demək olduğunu söyləyib: "Azərbaycanda yüzlərlə "Youtube", "Instagram" kanalları var ki, orada minlərlə insan çalışır. Təbii ki, sosial şəbəkələrin bloklanması öncə blogerlərə və onların komandasına mənfi təsir edəcək. Amma ümumilikdə təkcə bloger əziyyət çəkməyəcək axı. Məsələn, Məmməd dayının təbii zeytun yağı markası var. O, məhsulunun azlığı və ya başqa səbəbdən böyük marketlərə girə bilmir. Məcburdur ki, məhsulunu sosial şəbəkələrdə tanıdıb satsın və sair".

"Ümumiyyətlə, müasir dövrdə sosial şəbəkələrin məhdudlaşdırılması absurd sayıla bilər. Sivilizasiyaya aparan texnoloji yeniliklərin bloklanması heç bircəmiyyətə xeyir gətirə bilməz. İnkişaf etmək istəyən cəmiyyət buna getməz. Üstəlik də artıq Azərbaycan əhalisi 44 günlük müharibədə VPN adlanan bir mobil əlavə ilə tanış oldu. Əgər məhdudlaşdırma olarsa, bu vasitələrlə daxil olmağa davam edəcəklər", - deyə Seyidov bildirib.

Bloger Xatirə Yüzbəyova da AYNA-ya açıqlamasında deyib ki, "Instagram" onun üçün artıq bir iş yeridir: ""Instagram" mənim hər nə qədər də əyləndiyim bir məkan olsa da, artıq danmıram ki, ora mənim iş yerimdir. Əlbəttə ki, məhdudlaşma olarsa, müflisləşə bilərəm. Çünki qazanc yerim bağlanır. Amma mən ixtisasca müəlliməm, bu peşəni sevərək seçmişəm. Buna görə öz peşəm üzrə çalışaraqda yaşaya bilərəm deyə düşünürəm".

Növbəti həmsöhbətimiz bloger Cəfər Nəcəfov sosial şəbəkələrin reklam üçün ən yaxşı vasitə olduğuna və bununla bir çox insanın öz işini qurduğuna, idarə etdiyinə diqqət çəkib: "Biz elə bir dövrdə yaşayırıq ki, demək olar, artıq hər kəs sosial şəbəkələrdən istifadə edir. Danılmaz faktdır ki, hazırda ən effektiv reklamlar da sosial şəbəkələr üzərindən edilən reklamlardır. İnfluencerlərlə edilən reklamlar, "Facebook", "Instagram" üzərindən edilən reklamların effektivliyi hər kəsə yəqin bəllidir. Sosial şəbəkələr mənim üçün həm yeniliklərdən məlumatlı olmaq, həm təcrübələrimi izləyicilərimlə paylaşmaq, həm də bizneslərim üçün reklam vasitəsidir".

Məhdudlaşdırma ilə bağlı sualımızı cavablandıran Nəcəfov bu cür risklərin hər zaman olduğunu və baş verə biləcək belə fors-major hallara qarşı hazır olmalı olduqlarını qeyd edib: "Sadəcə bir sosial şəbəkədə yox, bir çox sosial şəbəkədə eyni zamanda aktiv olmaq baş verə biləcək riskləri minimuma endirə bilər. Ən yaxşı halda çalışmaq lazımdır ki, maddi durumumuz da sosial şəbəkələrdən asılı olmasın".




Paylaş:


Müəllif : Tarix:
19-04-2022, 08:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər