Sabirabadda səfil ailənin başına müsibət açdılar... - RƏZİLLİK...
“Malımızı, heyvanımızı, pulumuzu, qızılımızı, torpağımızı – nəyimiz vardısa yığıb verdik ki, bizə Bakıda ev almağa kömək etsin. İki ildir nə malımız, torpağımız özümüzə qaytarılır, nə də adamlar cəzalandırılır. Şikayətlərimizə baxan da yoxdur. Üç azyaşlı uşaqla yollarda qalmışıq”. Dia.az-ın məlumatına görə, Sabirabadın Çiçəkli kənd sakini Rəhimə Əlimuradova Meydan TV-yə danışır ki, iki il əvvəl İmişlinin Xəlfəli kənd sakini Azər Qafarov və Sabirabarın Əhmədabad kənd sakini Hüseyn Tahirov əlbir olaraq onu və ailəsini aldadıb. Xanımın deməsinə görə, həmin şəxslər ona Bakıda ev almaqda kömək edəcəklərinə söz veriblər. O da inanaraq ailəsinə məxsus əşyaları, pay torpağını, heyvanlarını və 5 min manat civarında pulu həmin şəxslərə verib ki, satıb pula çevirsinlər və həmin pulla ev almaqda kömək etsinlər:
“Qızlarımın ailəsi dağılandan sonra qərara gəldik ki, iş tapmaq, uşaqları böyütmək üçün Bakıya köçək. Həmin aralar təsadüfən Azər adlı şəxslə tanış olduq. Bizim mal-qaramızı, torpağımızı sataraq Bakıda ev almaq istədiyimizi biləndə dedi ki, mal-qaranı sata bilər. O özü bu işlərlə məşğul olur. Gördük ki, dindar, namaz qılan adamdır, inandıq. Çox qısa müddətdə pay torpağımızdan tutmuş sürüylə qoyunumuzu, keçimizi, toyuq-cücəmizi, arpamızı, hətta ot tayalarımızı da verdik ki, pula çevirib bizə ev almağa kömək etsin”.
Rəhimə Əlimuradova deyir, 2020-ci ilin yanvarında həmin şəxs onları ailəlikcə Bakıya gətirib, “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı binalardan birinə yerləşdirib:
“Dedi, öz evimdir, hələlik burda qalın, mən də sizinçün rahat-rahat ev axtarım. Evin hər tərəfində divarlarda dinə aid şəkillər, dualar asılmışdı, bizə də demişdi ki, dindardır, namaz qılandır. Biz də nə bilək, düşündük ki, dindar adamdır, haramla işi olmaz. O evdə 13 gün qalmışdıq ki, bir gün qapı döyüldü, məlum oldu ki, bu ev onun deyilmiş, kirayələyibmiş”.
Rəhimə Əlimuradova aldadıldığını anlayandan sonra Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edib:
“Xətai rayon polisinə ərizəylə müraciət etdim. Sabahı gün Azərlə Hüseyn kirayədə qaldığımız evə gələndə polislər ikisini də tutub bölməyə apardı. Bölmədə and-aman elədilər ki, pulu dövriyyəyə buraxıblar, yarım ay möhlət istədilər, söz verdilər ki, 51 min manatı toplayıb qaytaracaqlar. Deyirdilər, həbs olunsaq pulunuz batacaq, bizi buraxdır ki, çıxaq pulunu toplayıb qaytaraq. Polis də onları buraxdı. Ancaq aradan çıxdılar”.Şikayətçi deyir ki, dəfələrlə hər iki şəxsin evlərinə gedib, iki ay İmişlidə qalıb ki, Azəri tuta bilsin:
“Ailəsi inandırmağa çalışırdı ki, guya həbs olunub, ancaq nəhayət, təsadüfən qarşılaşdıq və yenə də and içdi ki, mənim ona verdiklərimi satıb pula çevirib, o pulla Rusiyadan mal alıb, guya mallar sərhəddədir, gəlib çıxsın, satıb pulu qaytaracaq. Yenə də ortadan itdi”.
Rəhimə Əlimuradova dəfələrlə Sabirabaddan Bakıya – Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına gəlib. Nəhayət, ötən ilin mayında Xətai Rayon Prokurorluğunda bu iş üzrə sənədlər Sabirabad Rayon Polis İdaəsinə göndərilib. Deyir, aradan daha bir il ötsə də, heç bir dəyişiklik olmayıb.
“Ailədə 7 nəfərik – qızlarım, nəvələrim, həyat yoldaşım… Qızım da, həyat yoldaşım da hazırda Bakıda kirayədə yaşayır. Qızım bir restoranda qabyuyandır, gündəlik 15 manata səhərdən axşamacan qab yuyur, qoca və xəstə yoldaşımsa tikintidə ağır işlərdə işləyir, fəhləlik edir. Yoldaşımın qazancı evin kirayəsinə gedir, qızım qazancını elə gündəlik bizə göndərir ki, mağazalardan götürdüyümüz ərzaqlara görə yığılan borclarımızı ödəyək”, – şikayətçi deyir.
Rəhimə Əlimuradova deyir ki, belində travması var, yaxşı gəzə bilmir, yoxsa o da bir iş tapıb işləyərdi. Yaşı da pensiya almağa düşmür:
“Gəlib kənddəki evimizi görsələr, deyərlər, burda adam yaşamaz. Belə bir səfil ailəyə qarşı iki kişinin birləşib etdiyi pisliksə polis tərəfindən araşdırılmır, cəzalandırılmır”.
Rəhimə Əlimuradova sonuncu dəfə bu ilin martında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət edib.
Sabirabad Rayon Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, bir neçə gün əvvəl Çiçəkli kənd sakini Rəhimə Əlimuradova idarəyə dəvət olunub, ona bildirilib ki, bu iş üzrə araşdırma işləri sürətləndirilib, hər iki şəxsin yerinin müəyyən edilməsi üçün tədbirlər görülür.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2022, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər