Kimlər ƏFVƏ DÜŞƏCƏK? - “Siyahımız komissiyaya təqdim edilib”
28 May Respublika Günü münasibətilə nəzərdə tutulan əfvlə bağlı iclaslar başlayıb. Aprelin 26-da Əfv Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı daxil olan 100-dən artıq müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Komissiyasının iclaslarının müntəzəm olaraq keçiriləcəyi gözlənilir. Müraciətlərə baxıldıqdan sonra siyahı ölkə prezidentinə təqdim ediləcək.
Əfv sərəncamının olacağı ilə bağlı yayılan xəbərlərin ardından həbsdə olan bir sıra məşhur isimlər gündəmə gəlib. Onların azad olunub-olunmayacaqları barədə çoxlu sayda suallar səslənməyə başlayıb. Belə məhbuslar sırasında Qarabağ qazisi Saleh Rüstəmlinin, Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırzadənin, ömürlük OMON-çular - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun, ömürlük cəza almış digər məhbus, Qarabağ partizanı Məmməd Məmmədovun adlarını çəkmək olar.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Biz hüquq müdafiəçiləri olaraq, Əfv Komissiyasının iclaslarına yenidən başlamasını alqışlayırıq”, - deyə qeyd etdi: “Azərbaycan Prezidentinin humanist siyasətinin tərkib hissələrindən biri də əfv sərəncamının imzalanmasıdır. Hamı maraqla növbəti əfv fərmanının verilməsində əzizlərinin, yaxınlarının bu siyahıda olub-olmayacağı barədə düşünür. Cənab Prezident Amnistiya Aktının icrasının başa çatmasından sonra qısa zaman kəsiyində Əfv Komissiyasının iclaslarının başladılması barədə göstəriş verib. Amnistiya Aktı ilə Əfv Komissiyası arasındakı qısa zaman kəsiyində belə bir iclasların başladılması bir daha onu deməyə əsas verir ki, cənab Prezident özünün humanist mövqeyini, siyasətini həmişə uca tutur. Bu istiqamətdə addımlar atılmasının biz zaman-zaman bariz nümunələrini görürük. Son iclasdan sonra qeyd olunduğu kimi, artıq yüzə yaxın ərizəyə baxılıb. Bilirsiniz ki, müraciətlər saysız-hesabsızdır. Fərdi qaydada, müəyyən təşkilatlar tərəfindən müraciətlər var, cəzaçəkmə müəssisələrindən məhkumların özlərini necə apardıqlarından doğan təqdimatlar da var. Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu olaraq başda Novella Cəfəroğlu olmaqla, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mənim əfv siyahımız Əfv Komissiyasına təqdim edilib. Eyni zamanda bizim fərdi müraciətlərimiz də var. Monitorinq Qrupundan kənar komitələr və təşkilatlar tərəfindən müraciətlər edilir. Belə hesab edirəm ki, bu müraciətlərə əfv sektorunda diqqətlə baxılır. Sonra bu məsələlərə qiymət verilməsi üçün komissiya iclasına təqdim olunur. Kimlərin azad ediləcəyini qabaqcadan deməyin tərəfdarı deyilik. Məqsədəuyğun olmazdı. Əslində biz dini aksiyalarda həbs edilənlərin, müəyyən siyasi təşkilatlarla bağlı olub sonralar həbs olunanların, yaxud istintaq və məhkəmə zamanı müəyyən qədər prosessual hüquqlarının pozulması ilə müşahidə olunan problemli məhbusların adlarını təqdim etmişik. Eyni zamanda həm də cəzasının böyük hissəsini çəkmiş və problemli məhbuslar siyahısında olmayan ayrı-ayrı fərdlərin də əfvin təsiri altına düşməsi ilə bağlı müraciətlərimiz var. Əgər məqsədəuyğun hesab olundusa ki, 16-17 min məhbusu özündə ehtiva edən bir Amnistiya Aktı verilsin - artıq bunun tətbiqi də başa çatıb - bundan sonra da veriləcək əfv sərəncamlarında say tərkibinin daha çox olacağı ümidi bizdə yaranır. Biz bu iclasların ardıcıl şəkildə aparılmasını gözləyirik. Sonda cənab Prezident və Əfv Komissiyası tərəfindən biz hüquq müdafiəçilərinin qaldırdığı məsələlərə həmişə olduğu kimi, bu dəfə hörmətlə, diqqətlə yanaşıldığının şahidi olacağıq”.
Əfv Komissiyasının üzvü Rəşad Məcid dedi ki, komissiyaya 8 mindən artıq müraciət daxil olub: “Bu müraciətlərin demək olar ki, çox az hissəsi əfv məsələlərinin qayda-qanunlarına uyğun olur. Çünki orada tələblər var. Bu tələblərə uyğun olanlar ancaq seçilir və əfv sektoru tərəfindən hazırlanır. İlk iclasda müraciətlər sırasında ağır cinayətlərə baxma hissəsindən başladıq. Bu cinayətlərin hər biri insan qanını donduran hadisələrdir. Komissiyada hər bir müraciət diqqətlə araşdırılır. Komissiyanın hər bir üzvü fikir bildirə bilir. Səsvermə ilə hər bir müraciət barəsində qərar qəbul olunur. Son iclas təxminən 3 saatdan çox davam etdi. Növbəti iclasın vaxtı cümə gününə təyin olunub. Bu iclas da başqa müraciətlərə baxılma ilə davam edəcək. Qadın məhkumların, ehtiyatsızlıqdan yol qəzası törədənlərin də müraciətləri olur. Hər bir müraciətə ardıcılıq olaraq baxılacaq. Çox güman ki, 28 May Respublika Günü ərəfəsində cənab Prezident əfv sərəncamı imzalayacaq”.
R.Məcid hər əfv sərəncamı ərəfəsində olduğu kimi, hazırda da gündəmə gətirilən siyasi motivli məhbuslarla bağlı da məsələyə toxundu: “Siyasi məhbus məsələsi ilə bağlı bizdə belə bir fikir var ki, ölkəmizdə siyasi məhbus yoxdur. Hamı konkret cinayətlərlə məhkum olunub. Əfv belədir ki, məhkumun özü, yaxud da yaxın adamı müraciət etməlidir. Eyni zamanda bəzi hüquq müdafiə təşkilatları da öz siyahılarını tərtib edirlər. Təbii ki, müraciətlər sırasında ictimaiyyət arasında tanınan şəxslər də olur. Onlara da eyni qaydada komissiyanın üzvləri münasibətlərini ifadə edirlər”.
R.Məcid bu sərəncamın geniş olub-olmayacağı barədə deyilənlərə də münasibət sərgilədi: “Ötən il pandemiyaya görə əfv olmadı, çünki iclaslar keçirilmirdi. Çoxlu sayda müraciətlər yığılmışdı. Ötən il mindən artıq müraciətə baxdıq. Bu dəfə müraciətlərin sayı ötən ilə nisbətən azdır. Dediyim kimi, əfvin qaydalarına uyğun müraciətlər təxminən 600-dən bir az çoxdur. Çox güman ki, bu şəxslərin də təxminən 3/1-i əfvə uyğun gələcək. Bilirsiz ki, ötən il 8 Noyabrla əlaqədar Amnistiya Aktı imzalandı. Bu akt 17 mindən çox məhkuma şamil olundu. 2 minə yaxın məhkum azadlığa buraxıldı. İndi əfvdə o qədər insanın azad olunmasını gözləmək mümkün deyil. Çünki burada konkret müraciətlər olur. Tutaq ki, 600 müraciət olur, təxminən 3/1-i kriteriyalara cavab verir”.
Müsahibimiz həbsdəki Qarabağ qazilərindən də söz açdı: “Bu məsələyə komissiyanın bütün üzvləri çox həssaslıqla yanaşırlar. Əfvin mərhəmət göstərmək kimi funksiyası var. Bizim siyahıda bəzən görürsən ki, şəhid atası, şəhid qohumları olan məhkumlar olur. Heç şübhəsiz ki, bu adamlara mərhəmət daha çox göstərilir. Belə adamların da adları yəqin ki, siyahıda olacaq. O cümlədən, qazilərimizə də daha həssaslıqla yanaşılacaq, mərhəmətli münasibət göstəriləcək”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2022, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər