Vasif Talıbovun BREJNEVSAYAĞI İDARƏETMƏSİ... - BU DA FAKT!!!
Naxçıvan MR DİN-dən saytımızın iddialarına elə "Naxçıvansayağı" cavab gəlib.
regionxeberlericom.az bildirir ki, Ovqat.com-un məlumatına görə, ötən yazılarımızda Muxtar Respublikanın Daxili İşlər Nazirliyində Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı növbəti represiya dalğasının başlanması barədə məlumat vermişdik.
İddialarımızı əsaslandırmaq üçün işdən çıxarılan və basqılara məruz qalan bəzi polis əməkdaşlarının adını da zikr etmişdik. Bildirmişdik ki, Naxçıvan Orta İxtisas Polis Məktəbi hər il məzun buraxdıqca eyni sayda ixtisaslı polis əməkdaşı MR-nın müvafiq orqanlarından ixtisar olunur. İxtisar edilənlər isə adətən Azərbaycan Polis Akademiyasının məzunları arasından seçilir.
Naxçıvan Orta İxtisas Polis Məktəbinin hər il 30 məzun buraxdığını nəzərə alsaq, bu, MR DİN-nin illik ixtisar kvotasının həcmini göstərir. Yəni hər il Naxçıvan MR DİN-in strukturlarından 30 akademiya məzunu işdən xaric edilməli və şəxsi işinə mənfi rəylər yazılmalıdır.
Nəticədə 5 il min bir əziyyətlə Azərbaycan Polis Akademiyasını bitirən 30 nəfər cəmi 1-2 il Naxçıvanda sıxışdırılaraq tamamilə “yararsız kadr” ləkəsi ilə ömürlük işsiz buraxılır. Halbuki, dövlət onların hər birinin ixtisaslı kadrlar yetişməsi üçün toplam 500 min manat pul xərcləyir. Üstəlik, bu kadrlar qəbul imtahanında 600-ə yaxın, bəzən daha çox bal toplayan bacarıqlı abituriyentlər arasında seçilirlər. Son nəticədə isə Naxçıvanda çıxdaş edilib, savadlı işsizlər ordusunun sıralarını genişləndirirlər. Yerlərinə isə qəbul imtahalarında “beli qırıq” 50 bal toplayıb Naxçıvan Orta İxtisas Polis Məktəbini bitirən məzunlar təyin olunurlar.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2022, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər