Azərbaycanda bu media orqanının fəaliyyəti dayandırıla bilər - AÇIQLAMA
Məlum məsələdir ki, ictimai rəyə təsir etmək üçün ən güclü silahlardan biri də mediadır. Bu mənada xarici qüvvələrin təsiri ilə təəssüf ki, ara-sıra ölkə, dövlət əleyhinə yazıların yayımlandığının şahidi oluruq.
Bu mənada son illər və xüsusilə son vaxtlar obyektivliyin pozularaq ermənipərəst yazıların yayımlandığı, Ukrayna əleyhinə materialların getdiyi bir sayt kimi "Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyətinin məhdudlaşdırılması ilə bağlı çağırışlar edilir.
Maraqlıdır, adıçəkilən media orqanının fəaliyyətinin ölkəmizdə tamamilə məhdudlaşdırılması real görünürümü? Mövzu ilə bağlı Sfera.az-a danışan "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid "Sputnik Azərbaycan”ın dövlətçilik əleyhinə yazılar yayımlayacağı halda bağlanmalı olduğunu bildirib:
"Mən bir neçə dəfə sözügedən sayta daxil olub, xəbərlərlə tanış olmaq istəmişəm, lakin bu, texniki səbəblə mümkün olmayıb. Buna görə digər insanların hansı şəkildə sayta daxil olub, məlumatlarla tanış olduqlarını bilmirəm. Sputnik Rusiyanın informasiya egentliyidir və bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da müqavilə əsnasında fəaliyyət göstərir.
Güman edirəm ki, təxribatlar davam edərsə, Azərbaycan dövlət siyasətinin əleyhinə yazılar yayımlanarsa, saytın fəaliyyətinin dayandırılması məsələsi gündəmə gətirilə bilər”.
Sayta açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşən media eksperti Ələsgər Məmmədli də "Sputnik”in əsas məqsədinin rus propoqondasına xidmət etmək olduğunu deyib:
" "Sputnik” hansı ölkədə olur olsun, Rusiya propoqondasına xidmət edir. Artıq bir neçə dəfə biz "Sputnik”in yalan məlumatlarını oxucular üçün təkzib də etmişik. Təəssüf ki, onların məqsədi cəmiyyəti manipulyasiya etməkdir. Onların məqsədlərinin içərisində Rusiyanın gücünün şişirdilməsi, Rusiyanı bölgədə mütləq güc kimi təqdim etmək də yer alır. Bu aspektdən baxdıqda "Sputnik”i məsum media subyekti kimi görməyimiz mümkün deyil”.
Ekspert "Sputnik”in fəaliyyətinin tamamilə məhdudlaşdırılmasına da münasibət bildirib:
"Mən ifadə azadlığı aspektindən məsələyə baxdıqda saytın bağlanmasının tərəfdarı deyiləm, çünki atılan addımlar hüquq çərçivəsində olmalıdır. Lakin reallıqdır ki, istənilən formada propoqandaya xidmət edən, toplumu manipulyasiya edən, yalan xəbər yayan qurumlar ölkə qanunvericiliyənə uyğun şəkildə məsuliyyət daşıyırlar. Eyni zamanda bu şəkildə fəaliyyət jurnalist etikasına zidd olduğu üçün də məsuliyyət yaranır. Düşünürəm ki, bu məsuliyyəti effektivləşdirmək daha uyğun olardı”.
Qeyd edək ki, Rusiyada Azərbaycan saytlarının bloklanmasına cavab olaraq Azərbaycan hakimiyyətinin Rusiyanın "Sputnik" İnformasiya Agentliyinin Bakıdakı nümayəndəliyinin fəaliyyətini qadağan etməsi ilə bağlı deputat Vahid Əhmədov da bu yaxınlarda təklif irəli sürmüşdü. Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov da öz növbəsində agentliyin müntəzəm olaraq obyektivliyi və balansı pozduğunu, onun Azərbaycanda gələcək fəaliyyəti barədə düşünməyin lazım olduğunu deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2022, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər