reklam
Regionxeberlericom.az » Sosial » Göygöl məhkəməsi GÜL VURUR: Bu dəfə jurnalistə qarşı... - Azərbaycan REALLIĞI...

reklam

Göygöl məhkəməsi GÜL VURUR: Bu dəfə jurnalistə qarşı... - Azərbaycan REALLIĞI...


Dünən Göygöl Məhkəməsində jurnalist Osman Nərimanoğluna qarşı hakim özbaşınalığı baş tutub. Belə ki, məhkəmənin hakimi Eyyub Kərimov icraatında olan, "Demokratik.Az" saytına və jurnalist Osman Nərimanoğluna qarşı iş üzrə tərəfi dinləmədən və məhkəmə zalına girməsinə qəsdən şərait yaratmadan təkbaşına qərardad çıxarıb. Hakim Göygöl MRX PHŞ-nin direktoru Vasif Əliyevin "şərəf və ləyaqət" üzrə şikayət materiallarını MPM-nin və digər hüquq normalarının tələblərini aşkar surətdə pozmaqla, tələm-tələsik Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə linqvistik incələnməyə göndərib. Gözlənilməz hakim jesti media nümayəndəsində haqlı hiddətə və narazılığa səbəb olub.

"Göygöl Məhkəməsində növbəti biabırçılığı yaşadım. Kim inanardı ki, iddiaçının ərizəsinin ilkin məhkəmə istintaqı və heç olmazsa bircə məhkəmə çəkişməsi olmadan sadəcə iddia ərizəsindən və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən ibarət iş materialları hakim qaçhaqaçıyla linqvistik ekspertizaya göndərilsin. Bu dərd yarı, aprelin 26-da öz verdiyi bildirişlə məhkəməni təxirə salıb, bu gün də mən cavabdehin məhkəmə zalına girməsinə şərait yaradılmadan daşa-divara qərar oxunsun. Bu ölkənin ədalətini məhkəmədə də tapa bilmirəmsə, Eyyub Kərimov da məhkəmənin sədri Qələmdar Abbasov kimi sifarişlə işləyib bu özbaşınalığa qol qoyursa nə deyəsən..."-deyə jurnalist Osman Nərimanoğlu bildirib.

Jurnalist onu da qeyd edib ki, sözügedən "məhkəmə oyunu" TƏBİB kimi uğursuz səhiyyə qurumunun Vasif Əliyevə özəl sifarişilə baş tutsa da, proses başsız qalmış Göygöl icra hakimiyyəti başçısı Turani Əliyev və İHB-nin humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova səviyyəsində də dəstəklənməkdədir. Yoxsa, bunca özbaşınalıq mümkünsüzdür.

"Nə hazırladığım ETİRAZ ərizəmi, nə də digər sübutlarımı, müvafiq sənədləri məhkəməyə verməyə macal tapmadım. Hakim bilə-bilə ki, gəlmişəm, məni saat 09:30-dan 09:50-dək məhkəmənin girişində koridorda gözlətdirib, dəli kimi də öz-özünə danışıb qərardad çıxarıbsa, bunun adını Ədliyyə naziri cənab Fikrət Məmmədov qoysun gərək ki. Məhkəmələr və hakimlər Haqqında qanunun 3-cü maddəsi ədalətdən, qanunun 7-ci maddəsi də "Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi" prisinsipindən bəhs etməsinə baxmayaraq hakim qanunları tanımır. Eləcə də qanunun 14-cü maddəsi məhkəmə icraatının aparıldığı dilin Azərbaycan dili olduğunu yazır, amma, məncə bizim rayonun hakimləri məmurların sifarişinin, şəxsi mənfəətin dilini daha yaxşı anlayır. Hakimin özbaşınalığına qarşı Məhkəmə Hüquq Şurasına da şikayət etdim, inanıram ki, TƏBİB-in zəhərlədiyi məhkəmə prosesinə Ədliyyə naziri cənab Fikrət Məmmədov özü bir şəfa tapar, daha bir intizamsız hakim barədə cəza tədbiri görülər..." -Nərimanoğlu deyib.

Təəssüf edərək bildiririk ki, baş verənlər hakimin ədalət mühakiməsində artıq tərəf seçdiyini, tərəflərin hüquq bərabərliyini pozaraq son qərarının kimin xeyrinə olacağını bəlli etdiyini, iddiaçı tərəfin "sifariş"inə adekvat reaksiyasını göstərir. Bu isə müstəqilliyi dövlət tərəfindən təmin olunan hakimin müqəddəs andına yaraşmır. Ən əsası, məhkəmə təcrübəsinə görə, hakimin çəkişmə prinsipini pozmaqla elə ilk məhkəmə iclasındaca ekspertiza qərarının çıxarılması presedentini yaradır.

Osman Nərimanoğlunun "Demokratik-TV"-nin efirindən səsləndirdiyi fikirlərini də təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
29-04-2022, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər