Təhsil Nazirliyi özünü məktəb problemlərindən kənara çəkir - BU NƏDİ BELƏ?
Təhsil naziri Emin Əmrullayev Sumqayıt məktəblərinin birində direktorun müəllimlərə geyim qadağası tətbiq etməsinə aydınlıq gətirib.
Nazir bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, ümumtəhsil məktəblərində həll olunacaq məsələlər hər dəfə nazirlik səviyyəsinə qaldırılır: “Bununla bağlı nazirliyin müvafiq qərarı var. Bu, nazirliyin mövqeyidir və açıqdır. Amma ümumtəhsil məktəbləri səviyyəsində məktəb direktorları məsələni tənzimləməlidir. Bu və digər mövzular haqqında müəllimlər, direktor arasında fikir ayrılıqları ola bilər. Burada da belə fikir ayrılığı olmuşdu və artıq həllini tapıb”
Xatırladaq ki, sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayılıb. 14 saylı məktəbin direktoru Fatma Bayramova müəllimlərlə alçaldıcı tonla danışıb, onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyib. Direktor icazə verilən bir müəllimədən başqa, digərlərinin məktəbə şalvarda gəlməsinə qarşı çıxıb. Qeyd edək ki, ümumtəhsil müəssisələrində şagirdlər, valideynlər və müəllimlər arasında davamlı olaraq narazılıqlar özünü göstərir. Yaranmış problemin aradan qaldırılması üçün məktəb direktoruna müraciət edilir. Ancaq məktəb direktoru problemi həll etmədiyi halda və yaxud şikayət elə birbaşa direktordan olduğu təqdirdə valideynlər, müəllimlər Təhsil Nazirliyinə müraciət etməli olurlar.
Bu gün isə Təhsil Nazirliyi bildirir ki, ümumtəhsil məktəblərində həll olunacaq məsələlər hər dəfə nazirlik səviyyəsinə qaldırılır.
Valideyn müəllimdən direktora şikayət edirsə, direktorla bağlı problemlər barədə (direktoru da TN təyin edirsə) kimə müraciət etməlidir? Dia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bununla bağlı Cebhe.info-ya bildirib ki, geyim forması ilə bağlı 2008-ci ilə Təhsil Nazirliyinin kollegiya iclasının və təhsil işçilərinin korperativ geyim forması adlı bir təlimatı, məktubu var:
“Müəllimlər üçün vahid forma pedaqoji şuranın qərarı ilə məktəb çərçivəsində tətbiq edilir. Ancaq müəllimlərin geyim formasının necə olması, nəyin olub-olmaması korporativ geyim forması haqqında təlimatda var. Təbii ki, əgər hansısa bir narazılıq varsa, ilk növbədə ümumtəhsil sisteminə nəzarət mexanizmi olmalıdır. O məsələ ki, təhsil müəssisəsi səviyyəsində həll oluna bilmir, rayon, şəhər təhsil şöbəsi səviyyəsində həll olunmalıdır. Rayon və şəhər təhsil şöbəsi səviyyəsində həll oluna bilmirsə, bu, Təhsil Nazirliyi səviyyəsində olmalıdır. Artıq yeni idarəetmə strukturu gəlir,əgər problem məktəbdə həll oluna bilmirsə, rayon təhsul sektoruna, orada həll oluna bilmirsə regional idarəyə və nəhayət, heç birində həllini tapmırsa, Təhsil Naziriyinə çatdırılmalıdır. Niyə insanlar Təhsil Nazirliyinə müraciət edir? Çünki onların hər hansı bir tələbi təhsil müəssisəsi, yaxud rayon və şəhər təhsil idarələri tərəfindən həll edilə bilmir. İnzibati qaydada müraciət etmək “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası” Qanununa uyğundur. Müraciətlər nə dərəcədə yerinə yetirilir və nazirliyə müraciət etdikdən sonra vətəndaşlar araşdırmadan razıdırmı? Bunu müzakirə etmək lazımdır. Hər bir dövlət orqanının işi budur, müraciətlər, araşdırmalar olmalıdır, obyektiv qərar qəbul edilməlidir. Çox təəssüflər olsun ki, bir sıra sahələrdə olduğu kimi təhsil sahəsində də biz bunu görə bilmirik”.
Ekspertin fikrincə, əgər problem məktəb direktoru ilə bağlıdırsa, yenə də rayon, şəhər təhsil şöbəsinə, regional idarələrə, orada da baxılmırsa, birbaşa Təhsil Nazirliyinə müraciət edilməlidir:
“Ancaq belə bir məhdudiyyət yoxdur ki, rayon təhsil şöbəsinə müraciət etmədən, birbaşa Təhsil Nazirliyinə müraciət edilə bilməz. Birbaşa müraciət edilirsə, demək ki, təhsilin yerli idarəetmə orqanlarına güvənmir”.
Təhsil Nazirliyinin bunlara vaxtının olmamasına gəldikdə isə ekspert deyir ki, təhsil sistemində mərkəzləşdirmə siyasəti var: “Təbii ki, 180 nəfərlik ştat cədvəli olan Təhsil Nazirliyi ölkənin bütün təhsil sistemini idarəetmək gücündə olmayacaq. Nəzərə alsaq ki, 180 nəfərdən cəmi bir neçə nəfərin təhsil sahəsində təhsili və təcrübəsi var. Regional təhsil idarələri yarandıqdan sonra müəyyən səlahiyyətlərin bir hissəsi onlara veriləcək və Təhsil Naizrliyinin yükü bir qədər azalacaq. 55-60 nəfər civarında işçisi olan regional təhsil idarələri TN nisbətən şikayətin olduğu regona daha yaxın olduğu üçün daha adekvat təbir görmək bacarığı olmalıdır. Bunu da zaman göstərər. İnanaq ki, regional təhsil idarələri baş verən nöqsanlar, müəyyən özbaşınalıqlara dərhal cavab verəcəklər. Nəticə etibarilə valideynlər və yaxud digər şəxslərin müraciəti olduqda yerində araşdırmaq imkanı olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2022, 19:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər