Ağsuda Şəhid ailəsinə KÖMƏK EDƏN YOXDUR... - "Döymədiyim qapı qalmayıb..."
Ağsu rayon sakini, Birinci Qarabağ Müharibəsində həyatını itirən Mirfəti Xəlilovun həyat yoldaşı Qəribə Xəlilova 10 yaşlı nəvəsi Fatimə Abdullayevanın əməliyyatı üçün müraciət etmədiyi dövlət qurumu, xeyriyyə fondu qalmadığını, lakin yardım edilmədiyini deyir.
Məlumata görə, şikayətçi Xəlilova bildirib ki, nəvəsi ağır talassemiya xəstəsidir.
“Nəvəm 5 ildir talassemiyadan əziyyət çəkir. Qızımın bundan əvvəl eyni xəstəlikdən iki övladı dünyasını dəyişib. Nəvəmə ilik köçürülməlidir”, – Q.Xəlilova qeyd edib.
Onun sözlərinə görə, uşaq 3 il yarım Bakıdakı Talassemiya Mərkəzində, 1 il də Rusiyada müalicə alıb. Son bir neçə aydır uşağın vəziyyəti daha da ağırlaşdığından təcili əməliyyat tövsiyə edilib:
“Türkiyədə həkimlər əməliyyatın mümkün olduğunu deyirlər, ancaq 83 min dollar lazımdır. Evimizi, içindəki əşyaları satıb müalicəyə xərclədik. Kirayədə qalırıq, banklarda kredit borclarımız var. Kürəkənimin qazandıqları ancaq kredit borcunu ödəməyə güclə çatır”.
Xəlilova deyib ki, Milli Məclis, YAŞAT Fondu, İcbari Sığorta üzrə Dövlət Agentliyindən tutmuş hər yerə müraciət edib. Onlara gözləməyi məsləhət biliblər. Ancaq hər keçən gün uşağın durumu ağırlaşır və təcili əməliyyat edilməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-05-2022, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər