"Kapital Bank" elə Naxçıvanda da `Kapital Bank`dır... - GİLEY
Naxçıvanda müştərilər Kapital Bankın xidmətlərdən narazıdırlar. Şikayətçilər deyir ki, bank əməkdaşları çox vaxt onlarla nəzakətsiz davranır, bəzən isə təhdid edirlər. Buna etiraz edəndə isə, müştəriyə xidmət göstərməkdən imtina edilir.
Babək rayon sakini Vəfadar Eyvazov "Gündəlik Naxçıvan"a bildirir ki, bu yaxınlarda o da eyni problemlə üzləşib:
“Bu günlərdə fermer kartimi dəyişmək ucun kapital bankın Babək filialına getmişdim. Bank əməkdaşlari mənə elə kobudluq elədilər ki, banka getməyimə peşman oldum. Bakıdakı filallardan fərqli olaraq, məkdaşlar müştəri ilə normal danişmağı bacarmirlar. İnsanlara yuxarıdan aşağı baxırlar, aşağılayırlar. Məni qəsdən gözlətdilər. Buna etiraz edəndə isə, əməkdaş xidmətdən imtina etdi. Dedi ki, hara istəyirsən, get şikayət elə”
Digər şikayətçi Elçin Quliyev deyir ki, tez-tez getdiyi bankın filialında əməkdaşlara bir neçə dəfə mübahisəsi olub:
" Bura xidmət sahəsi olsa da, xidmətdən əsər əlamət yoxdur. Harasa arxayın olduqları üçün əhalini incidirlər. Bizdə olan məlumata görə, bankın Naxçıvan filialının əməkdaşlarına tapşırılıb ki, Bakıdakı rəhbərliyə əhəmiyyət verməsinlər. Burada Naxçıvanın öz üsulları ilə hərəkət eləsinlər. Haqqımızı tələb edəndə, polislə hədələyirlər".
Məsələ ilə bağlı “Kapital Bank”ın mövqeyini öyrənmə çalışsaq da, baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
"Kapital Bank" ASC-nin Naxçıvanda 9 filialı fəaliyyət göstərir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-05-2022, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər