“Get baytarlıqla məşğul ol, səndə müğənnilik alınmayacaq” - QALMAQAL
“Yeni ulduz” yarışmasının iştirakçısı, Türkiyədə yaşayan müğənni Aygün Miyak İsmayılova fikirləri ilə diqqət çəkib. Belə ki, sənətçi Nigar Camalın “Hüquqşünaslığı oxuyub, müğənni oldum” açıqlamasına “Baytarlığı oxudum, müğənni oldum, daha sonra təhsil aldım. Təhsilli müğənni oldum, bir Şəbnəm Tovuzlu ola bilmədim” deyə bildirib. Moderator.az-a açıqlama verən Şəbnəm Tovuzlu məsələdən bizim vasitəmizlə xəbər tutduğunu deyib.
“O xanım kimdirsə mən tanımıram. Deyirsiniz ki, müsabiqədən çıxıb. 2004-cü ildə mən də “Yeni ulduz” yarışmasında olmuşam. Nə olsun ki? Ona demək lazımdır ki, sən dünyaya 10 dəfə də gəlsən Şəbnəm ola bilməzsən. Çünki Şəbnəmin ürəyi, mərdliyi və gözəl səsi sənə verilməyib. Bütün bunları mənə Allah verib. Əgər ona kömək lazımdırsa edərəm, o da 1 günə məşhur olar. Mənim adımı çəkməyindən də bilirəm ki, onun dəstəyə ehtiyacı var. O ki, qaldı təhsilə. Mənim də təhsilim var, tibb bacısıyam, amma eyni zamanda gözəl səsim var, məşhuram. Mən sənətkarlardan dərs almışam. Sən kimdən dərs almısan? Gəlsin ona kömək edərəm” deyə Şəbnəm Tovuzlu bildirib.
Müğənni daha sonra ona söz atan, adını çəkən həmkarlarına üzünü tutub.
“Əgər kimsə adımı çəkməklə gündəmə gəlib, məşhur olmaq istəyirsə ona köməklik etməyə hazıram. Xarici ölkələrdə tanınan ulduzlar bunu yüksək məbləğə edirlər. Mən də 1 aya həmin adamı məşhur edərəm, amma bu onun səs və görkəmindən asılıdır. Əmin olduğum adamdan 40 min manat alıb, 1 aya ona hər şeyi özüm edib, məşhur edərəm. Məncə bu xanım gedib elə təhsilini aldığı baytarlıqla məşğul olsun. Bunda alınmayacaq” deyə Şəbnəm Tovuzlu deyib.
Qeyd edək ki, Aygün Miyak İsmayılova türk vətəndaşı ilə ailəlidir və uzun illərdir Türkiyədə yaşayır.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2022, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər