Vasif Talıbovun SAÇDIĞI TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?
Naxçıvanla bağlı yazılarımızın altında oxucular tez-tez bu sualı yazırlar: Naxçıvan Azərbaycandırmı?
Bir çoxlarımız üçün bəlkə cavabı olduqca asan görünən bu sualın yaranması əslində təsadüfi deyil. Çünki müstəqil dövlət olmanın 5 müəyyənləşdirici əsası var ki, bunların hamısı Naxçıvan MR-də mövcuddur.
1-ci əsas: Ərazi
Hər bir dövlətin öz sərhədləri daxilində müəyyən əraziləri olmalıdır. Ərazinin balacalığı və böyüklüyü bu məsələdə qətiyyən əsas sayıla bilməz. Dünyada ərazisi 5 kvadrat km olan Vatikan kimi dövlətlər də var. Naxçıvanın ərazisi isə 5.364 km²-dir. Belə götürəndə Naxçıvan MR ərazisinə görə Vatikandan ən azı 1000 dəfə böyük dövlətdir.
2-ci əsas: Əhalisi
Təbii ki, dövlət dedinmi ağla ilk gələn xüsusiyyət onun əhalisidir. Rəsmi statistikaya görə, Naxçıvanın 450 min əhalisi var. Realda isə bu diyarda 150 min insanın yaşadığı bildirilir. Hansı rəqəmi doğru qəbul ediriksə edək, Naxçıvan bu sarıdan da cəmi 11 min əhalisi olan Tuvalunu, 9322 nəfərlik Naurunu, 4922 nəfərlik Montserratı, 4255 nəfərlik Müqəddəs Yelena adasını və onlarla bu cür dövlətləri üstələyir.
Üstəlik, həmin ölkələrdən fərqli olaraq Naxçıvanda təhkimçilik hüququ hökm sürür. Yəni Naxçıvan əhalisi istəsə belə, onun qeydiyyatından çıxıb Azərbaycanın başqa rayonlarının qeydiyyatına düşə bilməzlər. Bu, başqa ölkənin vətəndaşlığını qəbul etməkdən də çətin məsələdir.
3-cü əsas: Qanunlar və Konstitusiya
Hər bir dövlətin özünəməxsus qanunları var və həmin qanunlar bu dövlətlərin ərazisində keçərli olurlar. Buna dövlətin suverenlik hüququ da deyilir. Naxçıvanın da Azərbaycandan fərqli yazılı və şifahi qanunları var və heç kim bu qanunları poza bilməz. Təsəvvür edin ki, Naxçıvanın dövlət forması belə, Azərbaycandan fərqlənir. Azərbaycanda prezident üsul idarəsi olduğu halda, Naxçıvan MR Konstitusiyasına görə bu diyar dünyanın heç bir yerində görünməyəcək dərəcədə qatı “parlamentli respublika”dır. MR Konstitusiyasının 5. Maddəsinin I. Bəndinə görə, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Yəni dövlət idarəçiliyi forması belə Azərbaycandan əsaslı şəkildə fərqlənir. Mən hələ yazılmamış qanunlardan danışmıram.
4-cü əsas: Hakimiyyət strukturları
Hər bir ölkə, təbii ki, hakimiyyət strukturları tərəfindən idarə olunur. Buna dövlət hakimiyyəti deyilir. Naxçıvanın da özünəməsus dövlət hakimiyyət orqanları var və bu, Konstitusiyasının 3. Maddəsinin I. Bəndi ilə təsbit olunub:
“Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;
icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;
məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir”, - haqqında bəhs etdiyimiz Konstitusiya maddəsində belə deyilir.
Elə bu müddəanın özü belə Naxçıvanın müstəqil dövlət olduğuna dəlalət edir. Muxtar Respublikada Daxili İşlər Nazirliyindən tutmuş Maliyyə Nazirliyinə qədər hökumətin bütün strukturları var. MR-də mövcud olmayan yalnız 2 nazirlik var ki, bunlardan biri Müdafiə, digəri isə Xarici İşlər Nazirliyidir. Amma Naxçıvandakı bəzi strukturlar bu çatışmazlıqları aradan qaldırır.
Məsələn ,Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu fəaliyyət göstərir və bir müddət bu strukturun Baş qərargah rəisi olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyevin etiraf etdiyinə görə, Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan Müdafiə Nazirliyini ümumiyyətlə hesaba qoymur. Məhz buna görə də Muxtar Respublikada Vasif Talıbovun əmri və tapşırığı olmadan heç bir hərbi əməliyyat keçirilə bilməz. Başqa sözlə, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun bir Ali Baş komandanı var – Vasif Talıbov. Nəzərə alsaq ki, NATO-nun üzvü olan İslandiyanın belə ordusu yoxdur, Naxçıvan bu özəlliyi ilə bir çox sinəsinə döyən dövlətləri geridə qoyur.
Naxçıvanın təkmil dövlət statusuna kölgə salan digər faktor MR-nın Xarici İşlər Nazirliyinin olmamasıdır. Onu da Bəxtiyar Əsgərov adlı dahi diplomatın rəhbərliyi altında fəaliyyət göstərən Naxçıvan Daimi Nümayəndəliyi kompensasiya edir. Təsəvvür edin, Bəxtiyar Əsgərov o qədər böyük şəxsiyyətdir ki, ölkəmizdə fəaliyyət göstərən xarici səfirləri qəbul etmək intensivliyinə hətta Ceyhun Bayramovu belə qabaqlayır. Adamın bircə “qabaqcıl diplomat” adı əskikdir və ümidvarıq ki, Vasif Talıbov yaxın zamanlarda özünün bir imzalıq fərmanı ilə bu çatışmazlığı aradan qaldırar.
5. Lider
Dövlət olmağın ən mühüm əlamətlərindən biri, təbii ki, ona bir liderin rəhbərlik etməsidir. Naxçıvan MR bu sahədə də bəxti gətirənlərdən sayıla bilər. Hətta Muxtar Respublikanın rəsmi facebook səhifəsinin 7 iyul 2018-ci il tarixli paylaşımında Vasif Talibov hətta Heydər Əliyevdən sonra dövlətçilik təcrübəsinə sahib ən bacarıqlı şəxsiyyət elan olunmuşdu.
“Heyder Eliyevden sonra En bôyük İnsan Cenab Sedrimizdır !
Dôvletçilık mübarizesınde bacarıqlı, genış dünyagörüşe sahıb dövlet xadimi kımi formalaşan Cenab Vasif Talıbov - Muxtar Respublıkamızın GÔZÜDÜR.
Heydər Əliyevdən sonra Xalqını və Azərbaycanı Heydər Əliyev qədər sevən ən böyük İnsandır. Allah Cənab Sədrimizi bu Dövlətə və Millətə çox görməsin...”, -statusda eynilə belə deyilirdi.
Yəqin, Muxtar Respublika rəhbərliyinin nəzdində İlham Əliyev siyasi kamillik baxımından uzaq başı Vasif Talıbovdan sonra gələ bilər. Ona da ki, əlbəttə, Seymur Talıbov həzrətləri icazə versə...
Bütün bu faktları bir yerə toplayanda ictimai rəydə yaranmış “Naxçıvan ayrıca bir dövlətdirmi” sualının havadan ortaya çıxmadığını anlaya bilərik.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2022, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər