reklam
Regionxeberlericom.az » Sosial » “Nəyə görə əsassız yerə mitinq təşkil edilməlidir?” - Deputatdan ETİRAZ

reklam

“Nəyə görə əsassız yerə mitinq təşkil edilməlidir?” - Deputatdan ETİRAZ


“Azərbaycan müxalifətində belə bir fikir formalaşıb ki, guya hansısa partiyaya üzv olanlar və ya jurnalist vəsiqəsi daşıyanlar qanunları pozarsa, onlara müəyyən imtiyazlar tanınmalı və qanun qarşısında cavab verməməlidirlər. Belə çıxır ki, bir qrup insan hər şey edə, nə istəsə, danışa bilər, təhqir edər, cəmiyyət və dövlət haqqında yanlış fikir formalaşdırarlar, amma bunun üçün məsuliyyət daşımamalıdırlar. Əslində isə, belə deyil. Azərbaycanda qanunlar işləyir və hər kəs - sıravi vətəndaşlar, eləcə də vəzifəlilər qanun qarşısında bərabərdirlər. Təsadüfi deyil ki, qeyri-qanuni əməllərinə görə həbsdə olan nazir və icra başçıları var. Belə olan halda, niyə müxalif partiyaların üzvləri də qanunsuz əməllərinə görə mühakimə edilməməlidir?!” Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat jurnalist Aytən Məmmədovanın, bir müddət əvvəl isə Bəxtiyar Hacıyevin hədələnməsinə də münasibət bildirib: “Bunun günahını hökumətdə görmək radikal müxalifətin siyasi oyunudur. Guya ölkədə müxalif siyasi nümayəndələr təqib edilirlər. Xeyr, belə deyil. Onlar dövlət haqqında yalan məlumatlar yayırlar. Bu fikirləri səsləndirənlər sorğuya çəkilməlidirlər, hər kəs sözünə, davranışına görə məsuliyyət daşımalıdır. Bəxtiyar Hacıyev, Aytən Məmmədova hansı böyük siyasi partiyanın üzvü, ictimai siyasi xadimdir ki, onları qabardırlar?! Nəyə görə əsassız yerə mitinq təşkil edilməlidir? Qanunu bilirlərsə, müdafiəni düzgün şəkildə həyata keçirsinlər. Mitinqlə heç nə əldə etmək olmur. Belə mitinqlər hərc-mərclik dövründə bizim başımıza çox oyunlar gətirib. İndi onsuz da azad söz var, sözünü de, mütləq ki, eşidiləcək. Bunların hamısı bəhanədir. Bu gün ölkədə ictimai-siyasi sabitlik bərpa edilib və insanların dinc hərəkəti təmin olunubsa, buna görə cənab Prezident İlham Əliyevə dönə-dönə minnətdar olmalıyıq. İndi 5-10 nəfər ortaya düşüb ki, mitinq keçiririk. Mitinqin təşkil olunması üçün ölkədə ciddi səbəb olmalıdır. Misal üçün, iqtisadi və ya siyasi böhran yaşandığı halda mitinqin təşkili normaldır. Həmçinin, mitinqi şəhərin mərkəzində təşkil etmək olmaz. Biz şahidiyik ki, özünü demokratik adlandıran dövlətlərdə qanunsuz mitinq keçirənlərə necə divan tuturlar".




Paylaş:


Müəllif : Tarix:
10-05-2022, 13:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər