“GOLD NAFTALAN” QƏLP ÇIXDI... - İTTİHAM VAR!
Azərbaycanda son illər qeyri-neft sektoru üzrə xeyli sayda müəssisələr fəaliyyətə başlayıb. Lakin statistik göstəricilərə görə fəaliyyətə başlayan müəssisələrlə müqayisədə iş yerlərinin sayında elə ciddi artım yoxdur.
İqtisadçı ekspertlər hesab edir ki, bu yeni fəaliyyətə başlayan müəssisələrin işçilərinin bir qismini əmək müqaviləsi bağlamadan çalışdırması ilə əlaqədardır: “Bəzi sahibkarlar bu addımı atmaqla vergidən yayınırlar”. AzFakt.com saytının əldə etdiyi məlumata görə, əmək müqaviləsi bağlmadan işçi çalışdıran müəssisələrdən biri də “Gold Naftalan” istirahət mərkəzidir. “Gold Naftalan” istirahət mərkəzinin otelində və tibbi personalları arasında əmək müqaviləsi ilə çalışmayan şəxslərin olduğu, bəzi əmək müqavilələrində isə maaşların az göstərildiyi iddia edilir.
AzFakt.com iddialarla bağlı araşdırma aparıb. Araşdırma zamanı Dövlət Vergi Xidmətinin “Gold Naftalan” istirahət mərkəzinin rəhbəri Elbrus Nəsirovun atasının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında ötən il reyd keçirdiyi məlum oldu. Dövlət Xidmətinin keçirdiyi həmin reyddə Nəsirovlara aid mağazada 19 nəfər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.
Qeyd edək ki, “GOLD NAFTALAN” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə təsis edilib. Min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nəsirov Elbrus İsax oğludur.
“Gold Naftalan”nın tərkibində 145 müxtəlif kateqoriyalı otel nömrələri, Poliklinika, Naftalan Terapiya Mərkəzi, Fizioterapiya və SPA bölmələri fəaliyyət göstərir.
Məsələ ilə bağlı “GOLD NAFTALAN” MMC-dən mövqe ala bilmədik.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-05-2022, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər