Təhsildə KİŞİ İŞÇİ PROBLEMİ
Azərbaycanda kişi müəllimlərlə qadın müəllimlər arasında xeyli say fərqi var. Bu vəziyyət, xüsusilə ibtidai siniflərdə daha açıq görünür. Belə ki, metodik peşə fəaliyyətində çox vaxt qadın müəllimlərin sayı üstünlük təşkil edir. Metodika ixtisasını seçən kişi müəllimlərə isə nadir hallarda rast gəlinir, bəzən də heç təsadüf edilmir.
Maraqlıdır, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyevanın sözlərinə görə, qadın müəllimlərin sayının kişilərdən çox olmasının əsas səbəblərindən biri Azərbaycan ailələrinin qız övladlarını ya müəllim, ya da həkim görmək istəkləri ilə bağlıdır: “Nəzərə almaq lazımdır ki, təhsil müəssisələrində qızlarla oğlanlar birgə oxuyurlar. Yəni oğlanların kişi kimi formalaşmasında məktəblərdə dərs deyən kişi müəllimlərin xüsusi rolu var. Bu baxımdan, mən də məktəblərdə kişi müəllimlərin sayının artırılmasının tərəfdarıyam. Ümid edirəm ki, gələcək illərdə müəllimlərin sosial rifah halının yaxşılaşdırılması oğlan uşaqlarının müəllimlik peşəsini seçməsinə daha ciddi təsir göstərəcək”.
Professor Əhməd Qəşəmoğlu da o fikirdədir ki, oğlan uşaqlarının bütün gün qadın müəllimlərlə təmasda olması onların qadın psixologiyasının təsiri altında yetişməsinə səbəb olur:
“Bağçadan tutmuş ali məktəbə qədər, 11 il daha çox qadın müəllimləri ilə təmasda olur və bu da istər-istəməz onların psixologiyasına təsir edir”.
Professorun sözlərinə görə, kişilərin təhsilə marağının az olmasının əsas səbəbi valideynlərin oxumayan qız uşaqlarını rüşvətlə müxtəlif ali təhsil ocaqlarına yerləşdirməsidir. Hansı ki, onlar bir vaxtlar rüşvətlə ali məktəbə daxil olub, elə rüşvətlə də məktəbi bitirib, daha sonra işə giriblər. Bir vaxtlar bu hal kütləvi xarakter almışdı: “Kişilərin təhsil sisteminə gəlməməyinin ən böyük faktorlarından biri, bəlkə də birincisi əmək haqqıdır. Bildiyimiz kimi, müəllimlərin əmək haqqı uzun müddət çox aşağı olub. Əlbəttə ki, müəllim maaşı ilə kişinin ev saxlaması müşkül məsələdir. Daha bir məsələ, müəllimin nüfuzu əvvəlki kimi deyil. Əvvəllər cəmiyyətdə müəllimin çox böyük nüfuzu var idi. Lakin sonra bunu qeyri-ciddi obyektə çevirməyə başladılar, bu da kişilərə psixoloji olaraq pis təsir edirdi. Digər amil isə ondan ibarətdir ki, son 30 ildə oğlanlarımızın psixologiyasında dəyişiklik baş verdi. Bu dövr oğlanların xarakterində maddi amili gücləndirdi, mənəvi dəyərlər bir qədər arxa plana keçdi. Bu, cəmiyyətdə də belədir. Bunun da hesabına oğlanlarda təhsilə maraq, təhsilin müqəddəsliyi fikri aradan çıxdı. Oğlanların özündə də bu dövr çox əsəbi psixoloji bir xarakter formalaşdırdı, yəni müəllim üçün xarakterik olmayan bir forma. Bütün bunlar kişilərin təhsilə maraq göstərməsinə mane oldu. Amma digər ölkələrdə, məsələn, qardaş Türkiyə dövlətində çox sayda çox gözəl, özünü təhsilə həsr edən kişi müəllimlər var".
Sosioloqun sözlərinə görə, vəziyyətdən çıxış yolu üçün əhalinin təhsilə davranışını kökündən dəyişməliyik:
"Təki bu iş istənilsin və bu sahədə işlər görülsün. Sizi inandırım, sadəcə, 2 ilə Azərbaycanda kişilərin təhsilə marağını ciddi şəkildə dəyişmək mümkündür".
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, müəllimlərin böyük əksəriyyəti qadınlardan ibarətdir: “Təsəvvür edin Müəllimlərin İşə qəbul imtahanlarına müraciət edən 60 min müəllimin 45 mini qadınlardan ibarət olur.
Azərbaycanda 4 min 447 orta ümumtəhsil məktəbi var. Bu məktəblərdə çalışan müəllimlərin 82 faizi qadınlardır. Bu da məncə, kifayət qədər ciddi problemdir”.
E.Əfəndinin sözlərinə görə, müəllim olmaq istəyən kişilər də əsasən bədən tərbiyəsi və gənclərin çağırışa qədərki hərbi hazırlıq müəllimliyini seçir:
“Əvvəllər yenə ibtidai sinif, dil-ədəbiyyat müəllimləri arasında az da olsa kişi müəllimləri vardı. İndi onların sayı yox dərəcəsindədir. Halbuki, ibtidai sinif şagirdlərinin təlim-tərbiyəsində kişi müəllimlərinin çox böyük önəmi var. Razıyam ki, orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Uşaqların xarakteri məktəblərdə formalaşdığı üçün bu çatışmazlıq oğlan uşaqlarının yetişməsində şübhəsiz müəyyən problemlərə səbəb olur və biz artıq yaşadığımız cəmiyyətdə bunun acı nəticələrinə şahid oluruq.
Son illərdə məktəblərin idarəetməsində də qadın müəllimlərə üstünlük verilir. Bunun da başlıca səbəbi əməkhaqqı azlığı ilə bağlıdır. Yəni müəllimlərin maaşlarının onların sosial vəziyyətini tam şəkildə təmin etməməsi ilə bağlıdır. Stimullaşdırıcı tədbirlərin olmaması və əmək haqqının azlığı kişilərin ixtisas seçimində müəllim peşəsini seçməyinə mane olur.
Ailənin əsas yükü kişilərin üzərində olduğu üçün onlar daha maaşı olan ixtisaslara yönəlirlər. Kişi müəllimlərin sayının artırılması artıq çox ciddi bir məsələ olduğundan onların yenidən təhsil sisteminə qaytarılması üçün müəllimlərin maaşının artırılması başlıca şərt olaraq nəzərdən keçirilməlidir.
Paralel olaraq, müvafiq layihələr həyata keçirmək lazımdır. Müəllimlərin mənzil təminatının yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı müəyyən güzəştlərin edilməsi, həmçinin kredit götürənlərə müəyyən güzəştlərin edilməsi kimi tədbirlərlə kişi müəllimlərin sayını 50 faizə qədər qaldırmaq olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2022, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər