Yararsız məmurlardan qurtulmaq üçün təklif - BU REALLAŞARSA...
Azərbaycanda məmur özbaşınalığı, xüsusilə əyalətlərdə bu sahədə ciddi problemlər olduğu sirr deyil. İndiyədək 10 icra başçısı, onların müavinləri, digər məmurlar həbs edilsə də, bu sahədə problemlər qalmaqdadır. Ölkəmizdə müəllimlər, həkimlər az qala hər il attestasiyadan keçirilir. O halda haqlı sual ortaya çıxır: bəs niyə dövlət məmurları attestasiyadan keçirilmir? Bu reallaşarsa, bəzi məmurlar vaxtında görəvdən uzaqlaşdırılar və bundan qazanan isə əhali və hökumət olar. Qeyd edək ki, dövlət qulluğuna qəbul üçün müvafiq sınaqlardan keçmək lazımdır. Bəs sonrakı mərhələlərdə bu cür attestasiyalar keçirmək mümkündürmü? Yararsız kadrların vaxtında dövlət qulluğundan uzaqlaşdırılmasına mane olan səbəblər nədir?
Qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev dəfələrlə səslənib ki, dövlət məmurlarının məsuliyyəti artmalıdır: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.
Amma ölkə başçısı dəfələrlə bu məsələyə toxunsa da, məmurlara müxtəlif xəbərdarlıqlar etsə də, xalqa sədaqətlə xidmət etməyi onların qarşısında bir nömrəli vəzifə kimi qoysa da, bir çox məmurlar hələ də öz vəzifə səlahiyyətlərini aşmaqda davam edirlər. Dia.az xəbər verir ki, deputat Fazil Mustafa “Yeni Müsavat”a mövzu ilə bağlı bunları şərh etdi: “Burada səbəblər çoxdur, məmurların seçimi, eləcə də kadr bazasının müəyyən olunmasında nöqsanlar var. Məmur nə etsin, onu gətirib bacarmadığı işə qoyurlar. Dünyagörüşü, düşüncəsi, ədəbi yerində olmur, amma kiminsə adamı olur, kiminsə yaxını olur. Yaxud da kiməsə hörmət edir, onu gətirib müəyyən vəzifələrə qoyurlar. Ona görə də yerlərdə bu daha geniş yayılır. Bu şəxslər vətəndaşla necə davranacağını da bilmir. Elə problemlər də daha çox bundan doğur. Bunu dəyişmək çox çətindir. Ona görə ki, bizdə təyinat ənənəsi dəyişməlidir. İnsanlar hansısa mərhələdən, süzgəcdən keçib vəzifəyə gəlməlidirlər, bu yoxdur. Hətta partiya modelinin içindən gəlmiş adam belə daha çox intizamlı ola bilər. Bizdə təyin olunan məmurların çoxu heç YAP sferasından gəlmir, amma faktiki olaraq YAP-ın üzvü kimi göstərilir. Amma YAP-ın aparatında formalaşmış kifayət qədər insan var. Onlar heç vəzifəyə təyin olunmurlar, 10-20 il orada vaxtlarını keçirirlər, yaxud da ruhdan düşüblər, hansısa bir idarəetməyə cəlb olunmurlar. Əgər onlar təyin olunarsa, bu daha müsbət bir hal olar. Ən azı bir partiya nizamı, partiya məktəbi keçmiş adamların gəlməyi daha münasibdir, həm də onlar seçkilərdə iştirak edir, başqa kampaniyalarda təmsil olunurlar, beynəlxalq tədbirlərə gedirlər. Ən azı vətəndaşla, cəmiyyətlə hansı formada ünsiyyət qurmağı bilirlər. Amma yerlərdə təsadüfən kiminsə qohumu, tanışı vəzifəyə təyin olunur, öz adamlarını gətirir. Bu cür prinsiplə işə təyinatlar olarsa, bunu necə gözləmək olar? Bunların içindən 5-i hazırlıqlı ola bilər, bəs digərləri? Cəmiyyətlə işləməyən, təcrübəsi olmayan, vətəndaşın vəziyyətini anlamayan insan olacaq. Bu, özündə idarəetmə üslubunu dəyişməyi tələb edir. Bu hələ ki bizdə gözlənilmir”.
AG Partiyanın sədri Tural Abbaslının da mövzu ilə bağlı fikirləri diqqət çəkdi: “Təəssüf ki, bu idarəetmə mexanizmi tətbiq edilə bilməz. Çünki attestasiya konkret fənlər, bilgilər üzrədir. Tutaq ki, indi icra başçılarına attestasiya keçirilərsə, nə suallar veiləcək? İnsanları necə qəbul edirsiniz, nə danışırsınız, problemləri necə həll edirsiniz? Yəni bu idarəçilik yerində və anında qərar vermə keyfiyyətləridir. Eyni zamanda korrupsiya və rüşvətə bulaşmamaqdır. Bunu attestasiya ilə necə müəyyən etmək olar ki, bunlar korrupsiyaya bulaşacaq, ya yox?! Yaxud rayonun iqtisadi vəziyyətini yaxşılaşdıra biləcək-bilməyəcək? Bunlar attestasiyaya tabe ola biləcək məsələlər olmadığı üçün idarə edənlərin attestasiya məsələsi bir az qəliz məsələdir. Çünki idarəçilik başqa bir sistemdir. Burada işə götürülənlər əsasən iqtidara sadiqlik prinsipi ilə müəyyən olunur və daha çox kiminsə zamini ilə yeni vəzifələrə təyin olunurlar. Bununla da normal şəkildə dövlət idarəçiliyini təmin etmək olmur. Buna görə də rayonlarda həbslər də olur. Narazılıqlar da var. Bu gün regionlarda əhalinin 90 faizi icra başçılarından narazıdır. Eyni zamanda nəzarət də yoxdur. Bu gün icra başçısına nəzarət edəcək heç bir struktur yoxdur. Bütün strukturlar dolayısı ilə icra başçısının tabeliyindədir. Burada funksiyanı təbii şəkildə görməli olan strukturlar müxalifət partiyalarıdır. Müxalifətin regional ştatlarıdır ki, onlar da sıradan çıxarılıb. Yenilərinin də formalaşmasına maneçilik törədirlər. Burada iki məsələ var, kadrların seçilmə mexanizmi, seçilmə fəlsəfəsi dəyişməlidir. Zaminlik məsələsi aradan qalxmalıdır. Üçüncüsü də, yerlərdə, ümumiyyətlə, idarəetmə mexanizmində müxalifətin təmsilçiliyinin təmin olunmasıdır. Müxalifət olan yerdə istər-istəməz qarşılıqlı nəzarət olur. Bu sadaladıqlarım olmursa, istənilən konfederasiya, istənilən yeni qaydalar tətbiq olunsa da, eyni aqibət olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2022, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər